Zaqatalada yol polisinin keçirdiyi reyddə 20 sürücü cərimələnib
Bakı, 13 aprel, AZƏRTAC
Zaqatalada yol polisləri tərəfindən dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də 2-ci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərin maarifləndirilməsi və barələrində qanuni tədbir görülməsi məqsədilə reydlər təşkil edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən reydlərdə piyada səkilərində, müəyyən edilməyən ərazilərdə və avtobus dayanacaqlarında avtomobillərini park edən sürücülər aşkarlanıb.
Ümumilikdə sadalanan qayda pozuntularına yol verən 20 sürücü barəsində inzibati tənbeh tədbiri görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2026 [13:42]
Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
- 13.05.2026 [13:21]
DSMF-nin əməkdaşları beynəlxalq vebinarda iştirak ediblər
- 13.05.2026 [13:06]
Daha 64 nəfər Vəkillər Kollegiyasına üzv qəbul olunub
- 13.05.2026 [12:24]