Azərbaycan Dövlət İnformasiya Agentliyi

® “Azercell” 2022-ci il üzrə hesabatını açıqlayır

®  “Azercell” 2022-ci il üzrə hesabatını açıqlayır

Ölkənin lider mobil operatoru yenilikləri Azərbaycana gətirməyə davam edir

İnnovativ həllər vasitəsilə müştərilərinin gündəlik həyatını daha dolğun etməyə çalışan “Azercell” 5 milyondan artıq abunəçi və 48,2 faiz bazar payının sahibi kimi 2022-ci ildə də telekommunikasiya sektorunda öz liderlik mövqeyini qoruyub saxlayır.

2022-ci ili məhsuldar fəaliyyət və yeniliklərlə başa vuran “Azercell Telekom” Azərbaycanın qeyri-neft sektorunun ən böyük vergi ödəyicisindən biri kimi dövlət büdcəsinə 169,3 milyon AZN, 26 il ərzində isə ümumilikdə 2,2 milyard AZN vergi ödəyib. Mobil operator 2022-ci ildə ölkədə telekommunikasiyanın inkişafına 88,5 milyon ABŞ dolları, 1996-2022-ci illər ərzində isə 1,9 milyard ABŞ dolları həcmində sərmayə yatırıb.

2022-ci ildə “Azercell” şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi üzrə irimiqyaslı layihəyə start verdi. İlin yekunlarına əsasən mobil operatorun 4G şəbəkəsi üzərində çalışan stansiyaların ümumi sayı 3124-ə çatdırılıb və ötürülən məlumatın həcmində 40 faiz artım müşahidə olunub. “Azercell”in 4G şəbəkəsinin əhali üzrə əhatə dairəsi 88,87 faizə, coğrafi əhatəsi isə 80,20 faizə qədər yüksəlib ki, bu da 2021-ci ilin analoji göstəricilərindən 6 faiz artıqdır. Ümumiyyətlə isə 2022-ci ildə Bakı üzrə ortalama sürət 67 Mbit/s qədər yüksəlib. Hazırda şirkətin ölkə üzrə coğrafi əhatə dairəsi 94,60 faiz, əhali əhatəsi isə 98,40 faiz təşkil edir.

İşğaldan azad edilmiş torpaqlarda ilk mobil infrastrukturu quran “Azercell Telekom” Qarabağa böyük qayıdışını 2022-ci ildə də davam etdirib. Bu fəaliyyət işğaldan azad olunmuş torpaqlarımızda “Azercell” şirkətinə məxsus 100-ə yaxın radio baza stansiyasının 2G/3G/4G standartları əsasında işə salınması ilə nəticələnib. Lider operator ən müasir radio baza stansiyalarını quraşdırmaqla Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın rayonlarını, İstisu, Hadrut, Suqovuşan qəsəbələrini, Xocavənd rayonuna aid bir çox kənd və ətraf ərazilərini mobil şəbəkəsi ilə təmin edib. Bu genişmiqyaslı layihənin növbəti mərhələsində isə lider mobil operator ekoloji cəhətdən təmiz texnologiyalar tətbiq etməklə "yaşıl enerji" rejiminə keçib. Belə ki, “Azercell” Qubadlıda və Cəbrayılda daha öncə dizel generatoru ilə çalışan baza stansiyaları günəş panelləri ilə təchiz edərək, ətraf mühitə buraxılan emissiyanın və enerji sərfiyyətinin azalmasına imkan yaradıb. İşğaldan azad edilmiş torpaqlarda infrastrukturun inkişafına töhfə vermək məqsədilə “Azercell Telekom” bu sahədə növbəti əhəmiyyətli addım olaraq Şuşada “Azercell Eksklüziv” ofisinin açılışını etdi, Zəngilanın Ağalı kəndində ilk rəsmi satış və xidmət məntəqəsini abunəçilərinin istifadəsinə verdi.

2022-ci ildə “Azercell” daha bir möhtəşəm yeniliyə imza atdı. Şirkət Bakıda beşinci nəsil (5G) rabitə standartını sınaq rejimində bütün Fəvvarələr Meydanı ərazisi boyu istifadəyə verdi. “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!” strateji məqsədinə sadiq qalan “Azercell” 5G simsiz rabitə şəbəkəsini 1Gb/s.-ə qədər daha yüksək yükləmə sürəti, ultra-aşağı ləngimə, daha yüksək etibarlılıq, geniş şəbəkə tutumu və daha mükəmməl istifadəçi təcrübəsini təmin etmək üçün 2023-cü ildə də ölkə boyu genişləndirməyə davam edəcək.

Ötən ildə lider mobil operator 5 milyondan çox abunəçisinə bır sıra yeni məhsul və həllər təqdim etdi:

• Xidmətlərini rəqəmsallaşdırmaq, abunəçilərinə yeni formatda daha çevik müştəri təcrübəsi imkanları yaratmaq niyyətilə lider mobil operator eSİM xidmətini öz müştərilərinin sərəncamına verdi.

• Azərbaycan telekommunikasiya sektorunda ilk dəfə olaraq özündə həm bank əməliyyatları, həm də mobil rabitə imkanlarını birləşdirən “Azercell Fintek” məhsulları abunəçilərə maliyyə xidmətləri göstərməyə başladı. Bazara “akart” ticarət markası altında çıxarılan “Azercell” rəqəmsal kartı “Kabinetim” üzərindən nağdsız hesablaşma, müxtəlif növ ödənişlər və digər əməliyyatları təhlükəsiz şəkildə həyata keçirməyə imkan yaratdı.

• Ölkədə ilk dəfə olaraq müştərilərin sərbəst dizayn edə biləcəyi, ölkədaxili dəqiqələri, mobil internet və ən populyar sosial şəbəkələr üçün meqabaytları özündə birləşdirən yeni rəqəmsal “İstəSən” tarifi bazara təqdim etdi.

“Azercell” daxil olan müraciətləri operativ və effektiv şəkildə cavablandırmaq, müştərilərə əlçatan olmaq üçün çoxçeşidli servis kanalları ilə abunəçilərinə xidmət göstərməyə davam edib. 2022-ci ildə “Azercell”in Telefon Mərkəzinə ümumilikdə 3 milyondan çox zəng, Onlayn Müştəri Xidmətləri üzərindən 1 milyondan artıq sorğu daxil olub. “Azercell”in rəsmi feysbuk, instaqram, tviter, yutub və linkedin səhifələri üzərindən 300 minə yaxın müraciət cavablandırılıb. “Azercell”in 2022-ci ildə təqdim etdiyi ilklərdən biri də Süni İntellekt əsasında çalışan Virtual Assistent xidmətinin test rejimində müştərilərin istifadəsinə verməsi oldu.

Hesabat ilində şirkətin Bakı-Bölgə Ön Masa, “Azercell Ekspres”, “Azercell Eksklüziv” ofislərində, həmçinin Mobil Müştəri Xidmətləri (MMX) tərəfindən ümumilikdə 800 mindən çox abunəçiyə xidmət göstərilib. İşğaldan azad olunmuş ərazilərdə müştərilərinə xidmət göstərən ilk şirkət olan “Azercell”in MMX komandası 2022-ci ilin ilk yarısında Şuşa, Qubadlı, Zəngilan, Cəbrayıl şəhərlərinə səfər edərək abunəçilərə ödənişsiz xidmətlər göstərib. Ümumilikdə MMX təmsilçiləri Bakı və bölgə ərazilərində 1000-dən çox sorğunu icra ediblər.

2022-ci ildə “Azercell” şirkətinin özünəxidmət tətbiqi olan “Kabinetim” daha müasir dizaynda müştərilərə təqdim olunaraq, istifadəçi təcrübəsi daha da təkmilləşdirildi. Abunəçilərinə öz nömrəsinə tam nəzarət etmək imkanı verən “Kabinetim” tətbiqində “İstəSən” tarifi, “akart” xidməti əlçatan oldu. Nəticə olaraq “Kabinetim” mobil tətbiqinin imkanlarından yararlanan abunəçi sayı 1 milyonu keçdi.

Ölkədə biznes ekosisteminin inkişafına dəstək verən mobil operator 2022-ci ildə korporativ abunəçilərinə xidmət göstərməyə davam edib. “Azercell” şirkət və qurumların üstünlük verdiyi biznes tərəfdaşı kimi 20 mindən artıq hüquqi şəxsə xidmət göstərib. “Azercell Biznes”in korporativ abunəçiləri üçün təqdim etdiyi eksklüziv xidmətlər nəticəsində internet istifadəçilərinin sayında 31 faizdən artıq, Əşyaların interneti (IoT) istifadəçi bazasının həcmində 30 faizdən çox artım əldə olunub, aktiv istifadəçi sayı isə 500 mini ötüb.

Korporativ Sosial Məsuliyyət (KSM) strategiyasını sağlam dəyərlər üzərində quran “Azercell” 2022-ci ildə həyata keçirdiyi KSM layihələrə ümumilikdə 0,2 milyon ABŞ dolları sərf edib ki, bu göstərici 26 il ərzində 22,3 milyon ABŞ dolları təşkil edib. 2022-ci ildə Azercell KSM strategiyası çərçivəsində zəngin mədəni irsimizi, milli dəyərlərimizi rəqəmsallaşdırıb təbliğ etməyə, habelə beynəlxalq ictimaiyyətə tanıtmağa davam edib. 2022-ci ilin ölkə Prezidenti tərəfindən “Şuşa İli” elan edilməsi ilə əlaqədar olaraq “Azercell Telekom” “Qarabağın səsini dinlə” adı altında dərc olunan Şuşa mədəni irsindən ibarət əsər toplusunu audiokitab, audiopyes, komiks, animasiya, podkast, videolar formatında həm yerli, həm də beynəlxalq ictimaiyyətə təqdim edib.

“Azercell”in 2010-cu ildən dəstəklədiyi “Azərbaycan Uşaq Qaynar Xətt” və şirkətin təşəbbüsü və dəstəyi ilə 2022-ci ildə yaradılmış “Qadın Qaynar Xətt” xidmətləri vasitəsilə hesabat ilində ümumilikdə 7 mindən çox müraciətə baxılıb.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin məğrur tərəfdaşı olan “Azercell Telekom” MMC-nin dəstəyilə İnformatika üzrə beynəlxalq olimpiadalara hazırlaşan məktəblilərimiz ötən il ərzində dəfələrlə mötəbər bilik yarışlarında ölkəmizi uğurla təmsil edib, 1 qızıl, 6 gümüş, 8 bürünc medal və 3 həvəsləndirici mükafat qazanıblar. 2022-ci ildə azərbaycanlı məktəbli qızlar “Azercell Telekom” MMC-nin dəstəyi ilə ilk dəfə “EGOI 2022” - Avropa Qızlar İnformatika Olimpiadasında iştirak edib vətənə qələbə ilə qayıdıblar. “Azercell”in dəstəyilə 2022-ci ildə Vətən müharibəsi qaziləri və şəhid övladları üçün peşə təlimləri keçirilib, “YouthCan” və “Her Improvement” layihələri isə şirkətdən aldıqları qrantlar sayəsində öz fəaliyyətlərini davam etdiriblər.

2022-ci ildə “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə ölkəmizin idman təqvimində mühüm yer alan “Bakı Marafonu”, ilk dəfə olaraq “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya festivalı keçirildi. Ölkədə təhsilin inkişafı, yüksək ixtisaslı kadrların yetişdirilməsi, insan kapitalının formalaşmasına xüsusi önəm verən “Azercell” 2022-ci ildə İnsan kapitalının inkişafına 0,9 milyon ABŞ dolları, 26 il ərzində isə 27,7 milyon ABŞ dolları həcmində vəsait xərcləyib.

Ötən il “Azercell” Akademiyası Tədris Mərkəzinin 6 biznes məktəbi və təlimçiləri tərəfindən ölkədə fəaliyyət göstərən müxtəlif qurum və şirkətlər üçün 281 xarici təlim, 60 şirkətdaxili təlim keçirilib. Bu təlimlərə 1686 iştirakçı qatılıb.

“Azercell” yüksək potensiallı tələbələrin gələcəkdə peşəkar kimi formalaşmasına töhfə vermək məqsədilə Tələbə Təqaüdü və Tələbə Təcrübə Proqramlarını da davam etdirib. Ölkənin müxtəlif ali təhsil müəssisələrində oxuyan 25 gənc şirkətin Tələbə Təqaüdünə layiq görülüb.

2022-ci ildə şirkətin nəzdində fəaliyyət göstərən “Azercell Könüllüləri” təşəbbüs qrupu və şirkətin Mobil Müştəri Xidmətləri Müharibə və Əmək Əlilləri üçün pansionata, Protez-Ortopedik Bərpa Mərkəzinə səfər edib oranın sakinlərinə yerində xidmət göstəriblər. Mobil operator Bilgəh qəsəbəsində yerləşən ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə yüksəksürətli internetdən istifadə imkanı yaradıb, müəssisəni mobil cihazlarla təchiz edib. “Azercell Könüllüləri” öz ənənələrinə sadiq qalaraq Novruz bayramı və Yeni ildə Vətən müharibəsi şəhidlərinin ailələrini, döyüşlərdə yaralanmış qaziləri və onların övladlarını, həmçinin aztəminatlı ailələri, SOS Uşaq Kəndlərində uşaqları bayram sovqatları ilə ziyarət edib.

Keçən il “Azercell” şirkəti növbəti dəfə ISO 37001:2016 Antikorrupsiya idarəetmə sistemi standartları üzrə uyğunluq sertifikatı və ISO/IEC 27001 Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartı sertifikatına layiq görülüb. “Azercell” Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi tərəfindən “Ulduz tərəfdaş” mükafatı ilə təltif olunub. Bu il ilk dəfə olaraq Azərbaycanı da əhatə edən “Felis Azərbaycan” yarışmasında “Azercell” kampaniyaları 9 nominasiyada mükafat qazanıb.

Azərbaycanın lider mobil operatoru və 5 milyondan çox abunəçinin seçimi olmaq məsuliyyətini 26 ildən artıqdır ki, üzərinə götürən “Azercell Telekom” müştərilərinə keyfiyyətli xidmət və davamlı bağlantı ilə yanaşı, qlobal inteqrasiyanın geniş imkanlarını daha əlçatan etmək üçün çalışır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı