® Bakıda “PAŞA Holdinq”in dəstəyi ilə ilk inklüziv kafe fəaliyyətə başlayıb
Bir müddət öncə, “Birgə və Sağlam” İB-nin təşəbbüsü ilə “PAŞA Holdinq”in eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, KOBİA, SOCAR və “Trendyol Azərbaycan”ın dəstəyi ilə təsis edilən ilk inklüziv “Kashalata” kafenin açılış mərasimi baş tutub.
Sözügedən təşəbbüsün məqsədi əlilliyi olan gənc şəxslərin işlə təmin olunmasını dəstəkləmək və onların cəmiyyətə inteqrasiyasını təşviq etməkdir. Ü.Hacıbəyli küçəsi 57 ünvanında yerləşən kafedə ümumilikdə 20 gənc çalışır, onlardan 10-u fiziki məhdudiyyətli şəxslərdir.
Qeyd edək ki, qadınlar və uşaqlara dəstək “PAŞA Holdinq”in korporativ sosial məsuliyyət fəaliyyətlərinin mühüm hissəsini təşkil edir. Bu məqsədlə “PAŞA Holdinq” talassemiyadan və autizm dən əziyyət çəkən uşaqlar, kimsəsiz övladlar üçün yardım aksiyaları, qanvermə aksiyaları və digər buna oxşar müxtəlif layihələrə dəstək göstərir.