® “Birbank Yığım” hesabı: Pulunuz hər gün gəlir gətirir
“Birbank Yığım” hesabı ilə müştərilərin pul vəsaitlərini idarə etmək və gəlir əldə etməklə bağlı stereotipləri qırılır. Bankın bu sərfəli məhsulu istifadəçilərə illik 7 faiz gəlir qazanmaq, üstəlik hesablanmış faizə də faiz əldə etmək şansı yaradır. Dollar valyutası üzrə isə bu qazanc illik 2,5 faizdir. Yığım hesabının ən böyük özəlliyi isə gəlirlərin gündəlik hesablanmasıdır. Yəni, müştərilər vəsaitin hesabda qaldığı hər gün daha çox qazanırlar.
Məhsulun şərtləri olduqca sadə və rahatdır. Minimum məbləğ tələbi yoxdur, hesabı hətta 0,00 manat/dollar ilə də açmaq mümkündür. Hesaba istənilən zaman əlavə vəsait yatırmaq sərbəstdir. Faiz gəliri gündəlik hesablanır və günün sonunda balansa yüklənir. Eyni zamanda qazanılan faiz gəlirinə də faiz hesablanaraq qazanc daha da artır. Ən əsası isə pulu istənilən an heç bir faiz və ya komissiya ödəmədən çıxarmaq mümkündür. Bütün bu proseslərə isə müştərilər “Birbank” mobil tətbiqi ilə rahat və etibarlı şəkildə nəzarət edə bilərlər.
Bu məhsul, xüsusilə uzunmüddətli depozit hesabı açmaq istəməyən, aşağı risklə yüksək gəlir qazanmağı hədəfləyən hər kəs üçündür. Minimum məbləğ tələbinin olmaması onu hamı üçün əlçatan edir. “Birbank Yığım” hesabı müştərilərə büdcələrini səmərəli idarə etmək, aylıq və ya illik gəlirlərdən asılı olmayaraq, vəsaitlərini istədikləri zaman artırmaq şansı verir. Hesabı sizə ən yaxın “Birbank” filialından və ya “Birbank” mobil tətbiqində “Əmanətlər” bölməsinə keçərək “Yığım hesabı aç” seçimi ilə asanlıqla açmaq mümkündür.
Ətraflı məlumat üçün: http://b-b.az/yhpr.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən “Kapital Bank”ın əmtəə nişanı olan “Birbank”, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı “Kapital Bank” adı altında müştərilərinə xidmət göstərib və “PAŞA Holdinq”ə daxildir.
“Kapital Bank” isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “Birbank.az” saytına, 196 Əlaqə Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.