Cəlilabadda “Azercell”in xidmətlərində yaranmış çətinliklər aradan qaldırılıb - YENİLƏNİB
Bakı, 5 mart, AZƏRTAC
“Azercell Telekom” MMC-dən asılı olmayan səbəblərdən Cəlilabad rayonunun bəzi ərazilərində mobil rabitə xidmətləri ilə bağlı yaranan çətinlik aradan qaldırılıb.
Bu barədə AZƏRTAC-a şirkətdən məlumat verilib.
“Telekommunikasiya şəbəkəsinin fəaliyyətini təmin edən fiber-optik kabelin zədələnmiş hissələri dərhal yenilənib, xidmətlərdən tam normal əsaslarla istifadə imkanı təmin edilib”, - deyə məlumatda bildirilir.
14.31
Bu gün “Azercell Telekom” MMC-dən asılı olmayan səbəblərdən Cəlilabad rayonunun bəzi ərazilərində mobil rabitə xidmətlərindən istifadə zamanı abunəçilərin müvəqqəti çətinliklərlə qarşılaşması mümkündür.
Bu barədə AZƏRTAC-a şirkətdən məlumat verilib.
“Yaranmış narahatlığa görə təəssüf edir və bildiririk ki, həmin ərazidə telekommunikasiya şəbəkəsinin fəaliyyətini təmin edən fiber optik kabelin zədələnmiş hissələrinin bərpa edilməsi üçün texniki komandamız tərəfindən təcili tədbirlər görülür. Xidmətlərdən tam normal əsaslarla istifadə imkanı tez bir zamanda təmin ediləcək”, - deyə məlumatda bildirilir.