İQTİSADİYYAT
® “Coca-Cola”nın “Yeni İl Karvanı”nın Azərbaycan səfəri başa çatıb
![](/files/galleryphoto/2024/1/1200x630/17050550955325653671_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/1705055095503627615_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17050550956326833573_1200x630.jpg)
Dünyanın sevilən içki brendi olan “Coca-Cola”nın məşhur “Yeni İl Karvanı”nın Azərbaycana səfəri başa çatıb.
Səfər etdiyi şəhərlərdə insanlara bayram sevinci bəxş edən Karvan dekabrın 25-30-da Gəncə, Qəbələ, İsmayıllı, Lənkəran, Sumqayıt və Bakı şəhərlərinin sakinlərinin qonağı olub.
“Coca Cola” şirkətinin rəsmisi bildirib ki, hər il olduğu kimi bu il də Karvan böyük maraqla qarşılanıb: “Bu il Karvan marşrutunu genişləndirərək 6 şəhərin qonağı olub. Hər getdiyi şəhərdə insanlara musiqili şou, əyləncə və bayram sovqatı aparan Karvan qonaqları üçün bu bayramı da unudulmaz edib”.
“Coca-Cola” şirkəti bu il Yeni İl kampaniyasının bir hissəsi olaraq Nərgiz Fondunun təşkilatçılığı ilə keçirilən “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasının da tərəfdaşıdır. Yarmarkada sərgilənən “Coca-Cola”nın “Şaxta Baba evi” və möhtəşəm şam ağacı isə bayrama xüsusi rəng qatır. Bu tərəfdaşlıq nəticəsində toplanan vəsait isə aztəminatlı ailələrə dəstək üçün istifadə ediləcək.
Xatırladaq ki, 1920-ci ildə “Coca Cola” ilk dəfə olaraq Yeni İl bayramına həsr edilmiş reklam kampaniyasına başlayıb və uzun illərdir Yeni İl “Coca-Cola” üçün xüsusi önəm daşıyır. Şirkət fəaliyyət göstərdiyi ölkələrdə bayram ərəfəsində bir sıra kampaniyalar və layihələr həyata keçirir. “Coca-Cola” Azərbaycanda da hər il Yeni İl üçün biri-birindən möhtəşəm kampaniyalar gerçəkləşdirir.