® MINISO brend mağazası yenilənmə şənliyi keçirib VİDEO
Bu gün MINISO Azərbaycanda 28 May ticarət mərkəzi ilə üzbəüz yerləşən mağazada brend yeniləmə şənliyi keçirib. Mağazanın çəhrayı görünüşü təravətləndirir, zəngin və müxtəlif məhsullar müştərilərə xoşbəxtlik və məmnunluq gətirir.
Dünyaca məşhur brend kimi MINISO 2017-ci ildə biznes fəaliyyətini həyata keçirmək üçün Azərbaycana gəlib. Hazırda Azərbaycanda on mağaza fəaliyyət göstərir. Onlar Bakı piyada küçəsi, “Metropark”, “Parkbulvar”, “Danniz mall”, “28 May mall” və digər məşhur görməli yerlər və nüfuzlu biznes dairələrində yerləşir. Eyni zamanda, “Bravo” supermarketində də 4 mağaza açmışıq. Brend tərəfindən istehsal olunan ətirlər, plüş kuklalar (məşhur İP seriyasının şəkli), sirli qutu (məşhur İP seriyasının şəkli), dəftərxana ləvazimatı və gündəlik tələbat malları dünyanın hər yerindən olan istehlakçılar tərəfindən həmişə rəğbətlə qarşılanıb və bəyənilib. Hər həftə mağaza rəflərində onlarla yeni mallar peyda olur, onlar istehlakçıları “gözəl, şən və istifadəsi asan” məhsullarla təmin edir.
MINISO super beynəlxalq brenddir. Brend on ildir ki, mövcuddur. Dünyaşöhrətli pərakəndə satış şirkəti olaraq biz şirkətin fəaliyyətində bir sıra istiqamətləri inkişaf etdirməyə davam edirik. Hazırda dünyanın 107-dən çox ölkəsində 6300 mağaza açmışıq. MINISO dünyanın aparıcı biznes bölgələri sırasına əminliklə daxil olub. Şirkətin Nyu-Yorkda “Times Square”də, Londonda “Oxford Street”də və Fransada Parisdəki mağazaları var və hər bir mağazada müştərilərin alış-veriş etmək üçün növbəyə durduğunu görmək olar.
MINISO brendinin nümayəndəsinin sözlərinə görə, 2023-cü ildə MINISO brendi “İP dizaynı ilə səciyyələnən həyat tərzi brendi” kimi yer alacaq və gələcəkdə mühüm istiqamət kimi İP məhsullarını dünyanın aparıcı brendləri ilə birgə inkişaf etdirəcək. MINISO hazırda dünya üzrə 80-dən çox tanınmış əqli mülkiyyət lisenziyaçısı ilə birgə əməkdaşlıq edir. Əməkdaşlıq nəticəsində Mario, “Disney”, Sanrio, Harry Potter, Barbie və s. kimi işıq üzü görən seriallar bütün dünya üzrə istehlakçılar tərəfindən yüksək qiymətləndirilib.
Dekabrın 22-də başlayan mağaza brendinin imicinin yenilənməsi tədbiri MINISO-nun Azərbaycanda sürətli inkişafının başlanğıcı oldu. Gələcəkdə MINISO Azərbaycanda daha da çox yeni mağazalar açacaq və bu mağazalarda imic, mal kateqoriyaları və malların yenilənmə sürəti əhəmiyyətli dərəcədə yaxşılaşacaq.