® “Qazax Sement Zavodu” MMC Silahlı Qüvvələrə Yardım Fonduna 200 min manat ayırıb
“Qazax Sement Zavodu” MMC torpaqlarımızın düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə Şanlı Ordumuzun uğurlu əməliyyatına dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 200 min manat məbləğində ianə köçürüb.
Bu günlərdə müasir Azərbaycan tarixinin şanlı hərbi salnaməsi yazılmaqdadır. Azərbaycan Ordusu xalqımızın güvən yeri və qürur mənbəyidir. Zavodun 30 nəfərədək əməkdaşının torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirakı bütün kollektivimizi qürurlandırır.
Zavod, eyni zamanda, Qazax Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə rayonda Silahlı Qüvvələrə dəstəklə bağlı həyata keçirilən digər tədbirlərin də aktiv iştirakçısıdır.