® Quba-Xaçmaz bölgəsindəki sahibkarlara yeni imkanlar təqdim olundu
ABB və KOBİA-nın birgə təşkilatçılığı ilə Xaçmazdakı KOB evində yerli sahibkarlar üçün təlim təşkil olunub. Təlim “Maliyyə mənbələrinə çıxışa dəstək” mövzusuna həsr edilib. Tədbirdə Quba-Xaçmaz bölgəsində fəaliyyət göstərən bir qrup fərdi sahibkar iştirak edib.
Onlara ABB-nin regionlarda sahibkarlara yaratdığı imkanlar, bankın məhsul və xidmətləri haqqında ətraflı məlumat verilib. İştirakçılar bankın bizneslər üçün rəqəmsal xidmətləri barədə də ətraflı məlumatlandırılıblar. O cümlədən İnternet Bankçılıq, “ABB Business mobile” həllərinin imkanları təqdim olunub. ABB və KOBİA təmsilçiləri iştirakçıların suallarını cavablandırıblar.
Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [18:54]
Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır
- 23.09.2026 [18:52]
Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO
- 23.09.2026 [18:48]
Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır
- 23.09.2026 [17:33]