İQTİSADİYYAT
® “Unibank”dan sahibkarlara təklif: POS-terminal xidmətinə qoşul, smart kassa istifadəsindən faydalan!
Əgər hələ də obyektinizdə POS-terminal yoxdursa, “Unibank”ın sərfəli POS-terminal xidmətindən faydalana bilərsiniz. Çünki “Unibank”da POS-terminal xidmətinə qoşulmaq, biznes sahiblərinə, eyni zamanda, smart kassa istifadəsindən yararlanmaq imkanı verir. Bu xidmətə qoşulmaqla, büdcənizə də xeyli qənaət edə bilərsiniz.
“Unibank”ın POS-terminal xidmətindən istifadə etmək üçün 117 Çağrı Mərkəzi ilə əlaqə saxlaya, yaxud bankın saytından müraciət edə bilərsiniz.
“Unibank”ın POS-terminal xidməti biznes sahiblərinə hansı imkanları yaradır:
∙ “Visa” və “Mastercard” beynəlxalq ödəniş kartlarını qəbul etmək;
∙ “UCard” ilə hissəli satış imkanları;
∙ POS-terminal dövriyyəsinin 150 faizədək həcmində komissiyasız onlayn biznes krediti (15 dəqiqə ərzində);
∙ Pulsuz İnternet-bankinq;
∙ Bankın bütün digər korporativ xidmətlərindən istifadə imkanı.
Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, POS-terminal quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə hallara 1-ci dəfə yol verildikdə 1000 manat, 2-ci dəfə yol verildikdə 3000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6000 manat maliyyə sanksiyaları tətbiq olunur.
“Unibank” - sənin bankın!