"Mançester Siti" - "Çelsi" oyununda qalib müəyyənləşməyib
Bakı, 17 fevral, AZƏRTAC
Futbol üzrə İngiltərə Premyer Liqasında XXV tura start verilib.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma keçirilib.
Çempionluğa iddialı "Liverpul" və "Arsenal" səfərdə inamlı qələbə qazanıblar. Mersisayd təmsilçisi "Brendford"a 4:1, London klubu "Börnli"yə 5:0 hesabı ilə qalib gəlib.
Turun mərkəzi görüşündə "Mançester Siti" doğma meydanda "Çelsi"ni qəbul edib. Oyunda qalib müəyyənləşməyib - 1:1. Hesabı 42-ci dəqiqədə Rahim Sterlinqin qolu ilə qonaqlar açıblar. "Şəhərlilər" matçın sonlarına yaxın məğlubiyyətdən qaça biliblər. Rodri 83-cü dəqiqədə fərqlənərək komandasını xilas edib.
Hazırda turnir cədvəlinə 57 xalla "Liverpul" başçılıq edir. Liderdən 2 xal geri qalan "Arsenal" ikinci, 53 xalı olan "Mançester Siti" üçüncüdür. "Çelsi" isə 35 xalla 10-cu pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]
“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb
- 08.10.2026 [13:14]