"Milan" portuqaliyalı hücumçunun transferini açıqlayıb
Bakı, 4 fevral, AZƏRTAC
İtaliyanın "Milan" komandası heyətini yeni futbolçu ilə gücləndirib.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, Milan şəhərinin eyniadlı təmsilçisi Portuqaliya millisinin hücumçusu Joau Feliksi transfer edib.
26 yaşlı forvard cari mövsümün sonunadək A Seriyası klubunun şərəfini qoruyacaq. O, yeni komandasında 79 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Joau Feliks müqavilə ilə İngiltərənin "Çelsi" klubuna məxsusdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:37]
Premyer Liqaya yüksələn komandanın yeni baş məşqçisi açıqlanıb
- 05.06.2026 [17:15]
Azərbaycan avarçəkəni Avropa çempionatında iştirak edəcək
- 05.06.2026 [16:35]
“Beşiktaş”ın yeni baş məşqçisi məlum olub
- 05.06.2026 [16:16]
Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik edilib
- 05.06.2026 [15:21]