"Red Bull Racing"un pilotu Maks Ferstappen cari mövsüm üçüncü qələbəsini qazanıb
Bakı, 9 may, AZƏRTAC
“Red Bull Racing” komandasının niderlandlı pilotu Maks Ferstappen Formula 1 Mayami Qran-Prisinin qalibi olub.
AZƏRTAC xəbər verir ki, dünya çempionatının beşinci mərhələsində ilk üçlükdə “Ferrari”nin pilotları - Çarlz Lekler və Karlos Sayns yer alıblar.
M.Ferstappen cari mövsüm 3-cü, karyerasında isə 23-cü qələbəsini qazanıb.
İki həftə sonra yarış Barselonada təşkil olunacaq.
Azərbaycan Qran-Prisi isə iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək.