"Şahdağ" Turizm İnformasiya Mərkəzinin rəsmi açılış mərasimi keçiriləcək
Bakı, 26 sentyabr, AZƏRTAC
Bakıda fəaliyyətə başlayan "Şahdağ" Turizm İnformasiya Mərkəzinin rəsmi açılış mərasimi sentyabrın 28-də keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, mərkəz Qusar rayonunda yerləşən "Şahdağ" Turizm Mərkəzinin məlumat bürosu olaraq fəaliyyət göstərəcək.
Bildirilib ki, mərkəzdə otel rezervasiyası ilə yanaşı, qış-yay turizm avadanlıqlarının icarə sifarişi, həmçinin paketlər əldə etmək üçün xidmətlər təklif olunacaq. Müştərilər şirkətə gəlməklə, yaxud telefon vasitəsilə məlumat əldə edib sifariş verə biləcəklər.
Açılış mərasimində rəsmi şəxslər və turizm ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]