"Skopye-2025"in bağlanış mərasimindəki bayraqdarlarımız bəlli olub
Bakı, 26 iyul, AZƏRTAC
Şimali Makedoniyanın paytaxtı Skopye, Kumanov və Xorvatiyanın Osiyek şəhərlərində təşkil olunan XVIII Avropa Gənclər Olimpiya Festivalı yekunlaşmaq üzrədir.
Milli Olimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan yığması 10 (3 qızıl, 3 gümüş, 4 bürünc) medalla uğurlu çıxışını davam etdirir. Yarışların son günündə komandamız cüdo üzrə qarışıq komanda yarışlarında da mübarizə aparacaq.
Sabah, həmçinin Bakı vaxtı ilə saat 22:30-da Skopye-2025-in bağlanış mərasimi keçiriləcək. Mərasimdə Azərbaycan komandasının bayraqdarları atletikada 110 metr məsafəyə sədlərlə qaçış üzrə U-18 Azərbaycan rekordçusu Əmir İsmayılov və cüdo üzrə -44 kiloqram çəki dərəcəsində Skopye-2025-in qızıl medalçısı Gülşən Hüseynova olacaq.
Qeyd edək ki, açılış mərasimində Azərbaycanın bayraqdarları yeniyetmələr arasında Avropa çempionu, üçqat Avropa Kubokunun qalibi, cüdoçu Zeyd Ələsgərov və taekvondo üzrə ikiqat Türkiyə açıq birinciliyinin qalibi Humay Dadaşova olub.
Zeyd Ələsgərov həmçinin EYOF-2025-in cüdo yarışlarında -60 kiloqram çəki dərəcəsində gümüş medala layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:00]
UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyunu başlayıb
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]
Azərbaycanın akrobatika gimnastları dünya çempionu olublar – YENİLƏNİB
- 26.09.2026 [20:21]