ABŞ BAĞDADA ƏLAVƏ 5 MİNƏDƏK HƏRBİ QULLUQÇU GÖNDƏRMƏYİ PLANLAŞDIRIR
Bağdadda hərbi qüvvələri artırmaq səyləri çərçivəsində müdafiə naziri Donald Ramsfeld ABŞ-ın 3,5 min hərbi qulluqçusunun İraqda qalması müddətini daha dörd ay uzatmışdır. Bu addım qoşunların göndərilməsi əməliyyatının planlaşdırılması ilə məşğul olan, ABŞ kontingentinin komandanı general Corc Keysinin tələbi ilə atılmışdır. ABŞ hərbi idarəsinin rəsmi nümayəndəsi Brayan Uitmen planın təfərrüatına varmaqdan imtina etmiş və bildirmişdir ki, Keysi mövcud ehtiyatlardan daha neçə səmərəli istifadə etmək kimi çox mürəkkəb bir məsələ üzərində işləyir.
Hazırda ABŞ-ın İraqdakı hərbi kontingenti təqribən 130 min nəfərdən ibarətdir. ABŞ mətbuatının məlumatına görə, onlardan təxminən 30 min nəfəri İraq paytaxtı rayonunda yerləşdirilmişdir. ABŞ-ın yaxın zamanda Bağdaddakı qoşunlarının sayını artırmaq niyyətində olduğunu Prezident Corc Buş Ağ Evdə İraqın baş naziri Nuri əl-Maliki ilə görüşündən sonra bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]
Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb
- 15.10.2026 [11:18]
Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb
- 15.10.2026 [11:08]