ABŞ Britaniyaya strateji bombardmançı təyyarələr göndərir
Bakı, 12 oktyabr, AZƏRTAC
Fələstin-İsrail münaqişəsində gərginliyin yüksəlməsi səbəbindən dünyada artan qeyri-sabitlik fonunda oktyabrın 12-də Böyük Britaniyanın “Fairford” aviabazasına “B-1B Lancer” strateji bombardmançı təyyarələr qrupunun gələcəyi gözlənilir.
AZƏRTAC “Gloucestershire Live” xidmətinə istinadla xəbər verir ki, İngiltərəyə enəcək təyyarələrin dəqiq sayı bilinməsə də, ABŞ bombardmançıları artıq Texas ştatındakı “Dyess” aviabazasından havaya qalxıb. Bir müddət öncə Böyük Britaniyaya göndərilən ABŞ Hərbi Hava Qüvvələrinin xidməti personalı hazırda qalxma-enmə zolağında təmizlik işləri aparır.
Strateji bombardmançıların İngiltərədə yerləşdiriləcəyi barədə məlumatı təsdiqləyən mənbələr B-1B təyyarələrinin “Fairford” aviabazasına enmədən öncə Yaxın Şərqdə güc nümayişi üzrə əməliyyata cəlb olunacağını istisna etmirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]