ABŞ-da COVID-19-a yoluxmaların sayında artım müşahidə olunur
Vaşinqton, 29 mart, AZƏRTAC
Peyvəndlənmənin ölkə əhalisinin əksəriyyəti üçün artıq əlçatan olmasına baxmayaraq, ABŞ-da COVID-19-a yeni yoluxma hallarının çoxalması və bununla bağlı xəstəxanaya yerləşdirilənlərin sayının artması müşahidə olunur.
AZƏRTAC Ağ evin COVID-19-la mübarizə üzrə komandasının məruzəsinə istinadla xəbər verir ki, ötən həftə 410 mindən çox insanda COVID-19 testinin nəticəsi müsbət olub. Bu da əvvəlki həftənin göstəricisini 9 faiz üstələyir. Koronavirusla bağlı xəstəxanaya yatırılanların sayı ilə eyni dövrdə 2 faiz artıb.
Cons Hopkins Universitetinin məlumatına görə, şənbə günü Birləşmiş Ştatlarda virusa 62.062 yeni yoluxma faktı qeydə alınıb, 741 nəfər bu xəstəlikdən ölüb. Beləliklə, COVID-19-a yoluxanların ümumi sayı 30.237.545 nəfərə, vəfat edənlərin sayı isə 549.155 nəfərə çatıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yoluxmaların sayı 54.449 nəfər artıb. Xəstəlik qurbanlarının sayı isə təxminən eyni səviyyədə qalıb - 776 nəfər.
AZƏRTAC-ın Vaşinqton bürosu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]
Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib
- 23.09.2026 [14:51]
Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır
- 23.09.2026 [14:34]
Kreml Putinin Tramp və Zelenski ilə mümkün görüşünə münasibət bildirib
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]