ABŞ-da həbs edilən iranlı alim azadlığa buraxılıb
Tehran, 4 iyun, AZƏRTAC
Casusluqda və sanksiya rejimini pozmaqda ittiham edilərək ABŞ-da həbs edilən iranlı professor Sirus Əsgəri azadlığa buraxılıb.
AZƏRTAC xəbər verir ki, bu gün alim xüsusi təyyarə reysi ilə Tehrana gəlib.
Oqayo universitetində keçirilən elmi tədbirdə iştirak etmək üçün ABŞ-a yola düşən S.Əsgəri hava limanında həbs edilərək Vaşinqton şəhərinin türməsinə salınmışdı. Alim məxfi elmi məlumatları oğurlamaqda və ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiya rejimini pozmaqda ittiham edilirdi. Uzunsürən məhkəmə çəkişməsindən sonra məlum oldu ki, S.Əsgəri qanun pozuntusuna yol verməyib. ABŞ məhkəməsi alimin azadlığa buraxılması haqqında qərar qəbul etdikdən sonra İran hökuməti xüsusi təyyarə reysi ilə S.Əsgərini Tehrana gətirdi.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]