ABŞ-da iqtisadiyyatı bərpa etmək üçün vergi yükü artırıla bilər
Bakı, 26 fevral, AZƏRTAC
Koronavirus pandemiyasından sonra iqtisadiyyatın bərpa olunması planlarının maliyyələşdirilməsi üçün korporativ sahə başda olmaqla vergitutmanın gücləndirilməsinə ehtiyac yarana bilər.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, ABŞ-ın maliyyə naziri xanım Canet Yellen “The New York Times” qəzetinə müsahibəsində Prezident Co Baydenin mənfəət vergisini 21 faizdən 28 faizə qaldırmaq barədə bəyanatına toxunaraq fiziki şəxslərdən tutulan vergilərin dərəcələrinin artırılmasının əleyhinə olduğunu qeyd edib: “Sərvət vergisinin tətbiqi ilə bağlı məsələ müzakirə olunub, ancaq Prezident C.Bayden bu planları dəstəkləmir”. Nazir vurğulayıb ki, illik gəliri 400 min dollardan az olan şəxslərdən belə bir vergi tutulmayacaq.
C.Yellen maliyyə tranzaksiyalarına vergi tətbiq olunub-olunmayacağı ilə bağlı suala isə ehtiyatla yanaşaraq deyib: “Belə bir qərarın verilməsinin mümkün nəticələrini əvvəlcədən diqqətlə təhlil etmək zəruridir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [14:48]
Türkiyədə məktəbdə baş verən silahlı insidentlə bağlı yayım qadağan olunub
- 22.09.2026 [14:14]
Avropada dizelin bahalaşması Macarıstanda da qiymətlərə təzyiqi artırır
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
DİN müsabiqə elan edir
- [14:26]
Bəzi yerlərdə duman olacaq
- [12:33]
Bu saata olan əsas xəbərlər
- [12:00]