ABŞ–DA PEŞƏ TƏCRÜBƏSİ KEÇMİŞLƏR
Təşkilatdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yanvar və fevral aylarında açıq müsabiqə yolu ilə seçilmiş və ABŞ-a göndərilmiş həmin şəxslər kiçik və orta biznes mərkəzlərinin rəhbərləri, konkret peşə sahibləri, dövlət və qeyri–hökumət təşkilatlarının nümayəndələrindən ibarətdir. Onlar ABŞ-ın Masaçuset, Vermont və Virciniya ştatlarının müxtəlif müəssisə və təşkilatlarında təcrübə keçmişlər.
Xatırladaq ki, 2001-ci ildən həyata keçirilən proqram ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilir və bu günədək 140 nəfər müxtəlif peşə sahiblərimizin bu ölkədə təcrübə keçməsi təmin olunmuşdur.