ABŞ DÖVLƏT DEPARTAMENTİ BİR SIRA AVROPA QƏZETLƏRİNDƏ MƏHƏMMƏD PEYĞƏMƏBƏRƏ KARİKATURALAR DƏRC EDİLMƏSİNİ PİSLƏMİŞDİR
ABŞ xarici siyasət idarəsinin fevralın 3-də Vaşinqtonda yayılmış bəyanatında deyilir ki, bu karikaturalar “dindar müsəlmanların heysiyyətinə toxunur” və “dini, yaxud etnik zəmində nifrətə təhrikçilik yolverilməz haldır”.
Sənəddə nəzərə çarpdırılır ki, ABŞ hökuməti mətbuat azadlığının vacibliyini qəbul edir, amma bu söz azadlığı “KİV-lərin məsuliyyəti ilə müşayiət olunmalıdır”.
Dövlət Departamentinin bəyanatında bildirilir: “Biz dini dözümlüyə və bütün dini icmaların əqidələrinə hörmət edilməsinə çağırırıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]
Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]