ABŞ Dövlət Departamenti İsrailə tank mərmilərinin mümkün satışını təsdiqləyib
Bakı, 10 dekabr, AZƏRTAC
Vaşinqton İsrailə 106,5 milyon dollar məbləğində tank mərmilərinin mümkün satışını təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə Əməkdaşlıq Agentliyinin bəyanatında deyilir.
Qeyd olunur ki, İsrail rəsmiləri ABŞ-dan 14 min tank mərmisi istəyib. Mərmilər ABŞ ordusunun ehtiyatlarından götürüləcək.
ABŞ-ın Dövlət katibi Antoni Blinken ABŞ Konqresinə bu sursatların İsrailə satılması zərurəti ilə bağlı ətraflı əsaslandırma təqdim edib.
Bu zaman silah və hərbi texnikanın xarici dövlətlərə satışı proqramı tətbiq edilir. Bu seçim ilə alıcının istehsal şirkəti ilə birbaşa əlaqəsi yoxdur və bütün koordinasiya Müdafiə Əməkdaşlıq Agentliyi tərəfindən həyata keçirilir. Bu sxem üzrə Amerika silahlarının alınmasında yalnız xüsusi siyahıda olan ölkələr iştirak edə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]