ABŞ Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların dayandırılmasını alqışlayır

Bakı, 15 sentyabr, AZƏRTAC
ABŞ Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların dayandırılmasını alqışlayır və bu vəziyyəti saxlamağa çalışacaq.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken tvitter səhifəsində yazıb.
“ABŞ Cənubi Qafqaz üçün dinc və firavan gələcəyin təşviqinə sadiqdir”, - deyə o qeyd edib.