ABŞ HƏKİMLƏRİ BİRYAŞLI QIZA BEŞ ORQAN KÖÇÜRMÜŞLƏR
Cərrahlar qızın mədəsini, mədəaltı vəzisini, qaraciyərini, yoğun və nazik bağırsaqlarını dəyişmişlər. Cərrahiyyə əməliyyatı 130 milyon yenə (bir milyon dollardan artıq) başa gəlmişdir. Yaponiyanın futbol komandalarından biri azarkeşlər qrupu ilə birlikə xeyriyyə kampaniyası keçirmiş və əməliyyat üçün lazım olan məbləğ iki həftəyə toplanmışdır.
Ayaka Kandatsunun valideynləri əcnəbi həkimlərə müraciət etməli olmuşlar. Çünki Yaponiya qanunvericiliyinə əsasən, 15 yaşından kiçik donorların orqanlarının köçürülməsinə icazə verilmir.
Cərrahiyyə əməliyyatı dekabrın 17-də aparılmışdır. Köçürülən orqanların orqanizmə uyğunlaşmaması ehtimalına görə, qız il yarım ABŞ-da həkimlərin nəzarəti altında qalacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:15]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:11]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:03]
Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq
- 08.10.2026 [17:02]
Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb
- 08.10.2026 [16:44]
Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb
- 08.10.2026 [16:36]
BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub
- 08.10.2026 [16:30]