ABŞ iqlim üzrə Paris sazişinə qayıdıb
Bakı, 19 fevral, AZƏRTAC
ABŞ rəsmi bildiriş verdikdən 30 gün sonra iqlim üzrə Paris sazişinə qayıdır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə dövlət katibi Entoni Blinken məlumat verib.
O xatırladıb ki, Prezident Co Bayden vəzifəyə başladığı ilk gün - yanvarın 20-də müvafiq sərəncam imzalayıb. Dövlət katibinin sözlərinə görə, Vaşinqton iqlim dəyişiklikləri məsələlərini bütün səviyyələrdə ən mühüm danışıqlarda qaldıracaq.
İqlim üzrə Paris sazişi 2015-ci ildə 190-dan çox ölkənin imzaladığı ilk qlobal iqlim sənədidir. O, qlobal istiləşmənin qarşısının alınmasına dair dünya planını müəyyənləşdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [21:56]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]