DÜNYA
ABŞ-İsrail hərbi təlimlərinə 140 təyyarə və 12 gəmi cəlb olunub VİDEO
Bakı, 25 yanvar, AZƏRTAC
ABŞ və İsrail “Juniper Oak - 2023” hərbi təlimləri keçirir. Təlimə 140 təyyarə və 12 gəmi, həmçinin HIMARS MLRS artilleriya roket sistemləri də cəlb olunub.
AZƏRTAC xəbər verir ki, bunu brifinqdə Pentaqon sözçüsü Patrik Rayder deyib.
“Bu, bizim birlikdə iştirak etdiyimiz ən böyük və ən əhəmiyyətli təlimdir. “Juniper Oak - 2023” ABŞ-ın İsrailin təhlükəsizliyinə sadiqliyinin sarsılmaz və davamlı olduğunu nümayiş etdirmək üçün nəzərdə tutulub”, - deyə o əlavə edib.
Qeyd edək ki, iki ölkənin hərbçiləri aviasiya və dəniz qüvvələri də daxil olmaqla, müxtəlif qoşun növlərinin cəlb olunduğu “Juniper Oak - 2023” irimiqyaslı birgə təlimlərə başlayıblar. Təlimlərdə düşmən hədəflərinə zərbələrin endirilməsi, mürəkkəb əməliyyatların icrası, həmçinin vahid komandanlıq altında birgə hərəkət olunması məşq edilir. O cümlədən təlimlərə müxtəlif növ döyüş, kəşfiyyat və hərbi nəqliyyat təyyarələri, helikopterlər və pilotsuz uçuş aparatları cəlb olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]