ABŞ ordusu Hörmüz boğazı ərazisində İran hədəflərinə zərbələr endirib
Vaşinqton, 8 may, AZƏRTAC
ABŞ qüvvələri İranın hücumlarının qarşısını alıb və mayın 7-də Hərbi Dəniz Qüvvələrinin idarə olunan raket esminesləri Hörmüz boğazından Oman körfəzinə keçən zamanı özünümüdafiə zərbələri ilə cavab verib.
AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı “CENTCOM) məlumat yayıb.
Bildirilir ki, “USS Truxtun” (DDG 103), “USS Rafael Peralta” (DDG 115) və “USS Mason” (DDG 87) esminesləri beynəlxalq dəniz keçidindən keçərkən İran qüvvələri çoxsaylı raketlər, dronlar və kiçik qayıqlarla hücum həyata keçirib. Hücum zamanı ABŞ-nin heç bir obyektinə zərbə endirilməyib.
“ABŞ Mərkəzi Komandanlığı daxil olan təhdidləri aradan qaldırıb və hücum edən İran hərbi obyektlərini hədəf alıb. CENTCOM eskalasiya axtarmır, lakin mövqelərini möhkəmləndirir və Amerika qüvvələrini qorumağa hazırdır”,- deyə açıqlamada qeyd olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]