ABŞ SƏFİRİ NAXÇIVANA SƏFƏR ETMİŞDİR
Naxçıvanın Ermənistan tərəfindən 12 il blokadada saxlandığını vurğulayan V. Talıbov ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi sayəsində problemlərin aradan qaldırılacağına əminliyini bildirdi.
Səfiri Rino Harniş Naxçıvana gəlişindən məmnun olduğunu bildirərək, ikigünlük səfərinin məqsədlərini açıqladı, ABŞ hökuməti və qeyri-hökumət təşkilatlarının MR-ə göstərdiyi humanitar yardımlar barədə məlumat verdi. Görüşdə bir sıra məsələlərin həll olunması üçün ikitərəfli əlaqələrin davam etdirilməsi qərara alındı.
İyulun 7-də səfir Rino Harniş “Sizin Naxçıvan” qəzetinin redaksiyasında kütləvi informasiya vasitələrinin nümayəndələri ilə də görüşmüşdür. Görüş zamanı səfir bu qədim diyarın Heydər Əliyev kimi dünya şöhrətli bir şəxsiyyəti yetirdiyini xüsusi vurğulamışdır. ABŞ-ın Naxçıvana 15 milyon dollar məbləğində yardım göstərdiyini deyən səfir, bu proqramın getdikcə genişlənəcəyini söyləmişdir.
Sonra səfir muxtar respublikada həyata keçirilən mikrokreditləşmə layihəsi barədə məlumat verdi və bildirdi ki, son beş ildə Naxçıvana 8 min kiçik kredit verilmişdir.
Naxçıvanla tanışlığının onda xoş təəssüratlar yaratdığını bildirən Rino Harniş “Qızlar bulağı” kompleksindən, “Mömünə Xatun” məqbərəsindən, həmçinin, Naxçıvanda həyata keçirilən mədəni quruculuq işlərindən məmnun olduğunu söylədi.
Sonra səfir jurnalistləri maraqlandıran suallara aydınlıq gətirdi.