DÜNYA
ABŞ və Hindistan birgə hərbi təlimlərə başlayır
Bakı, 2 noyabr, AZƏRTAC
ABŞ və Hindistan hər il keçirilən “Vacra Prahar 2024” adlı birgə hərbi təlimlərə başlayır.
AZƏRTAC xəbər verir ki, Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, sayca 15-ci olan manevrlər noyabrın 2-dən 22-dək Aydaho ştatının şimal-qərbindəki “Orchard” təlim mərkəzində baş tutacaq. Təlimlərdə ABŞ və Hindistan ordularının xüsusi təyinatlı qüvvələri iştirak edəcəklər.
“Manevrlərin məqsədi döyüş əməliyyatları zamanı Hindistan ordusu ilə ABŞ Silahlı Qüvvələri arasında birgə fəaliyyəti, qarşılıqlı əlaqəni və taktiki təcrübə mübadiləsini gücləndirməkdir. Tərəflər təlimlərin gedişində səhralıq ərazidə hava-desant və terror əleyhinə əməliyyatlar planlayacaq və həyata keçirəcək”, - deyə Hindistan Müdafiə Nazirliyinin press-relizində deyilir.
“Vajra Prahar” manevrləri 2010-cu ildən bəri hər il “İki millət, bir missiya: sülh naminə birgə təlim” adı altında keçirilir. 2023-cü il təlimləri Hindistanın şimal-şərqindəki Meghalaya ştatında baş tutub.