ABŞ XARİCİ DİLLƏRİ BİLƏN DİPLOMATLARA BÖYÜK EHTİYAC DUYUR
AZƏRTAC xəbər verir ki, Vaşinqton ProFayl agentliyinin yaydığı məlumata görə, ABŞ-ın bir çox səfirlik və konsulluqlarında onların fəaliyyət göstərdikləri ölkələrin dillərini bilən əməkdaşların çatışmadığı mütəmadi surətdə müşahidə olunur. Məsələn, ABŞ-ın Qazaxıstanın paytaxtı Astanadakı səfirliyinin qazax dilini bilməyi tələb edən vəzifələri tutan əməkdaşlarının 25 faizi qazaxca danışmır. Almatıdakı konsulluqda bu göstərici 30 faizə çatır. Moskvadakı səfirlikdə diplomatların 29 faizi öz fikrini rusca izah edə bilmir. Bu göstərici Moldovada 33, Litvada 40, Azərbaycanda 44, Ermənistanda 50, Tacikistanda 62 faiz təşkil edir.
Həmin statistikaya görə, amerikalılar üçün ən çətin dil gürcü dilidir – Tbilisidə işləyən ABŞ diplomatlarının 70 faizi bu dili bilmir.
Lakin bu, mütləq rekord deyildir. Məsələn, ABŞ-ın Sapporodakı konsulluğunun heç bir əməkdaşı yaponca danışmır. Kosovodakı nümayəndəliyin bütün əməkdaşları nə alban, nə də serb dilini bilir. Eyni vəziyyət Keniya, Kamerun, Almaniya və Efiopiyada da müşahidə edilir.
Yaxın Şərq ölkələrində işləyən ABŞ diplomatlarının 38 faizi ərəb dilinə yiyələnməmişdir. Çincə danışan ölkələrdə bu göstərici 40 faizə bərabərdir.
2005-ci ilin axırına olan məlumata görə, ABŞ-ın bütün dünyadakı diplomatik nümayəndəliklərində (172 ölkə, 266 səfirlik, konsulluq) 11,3 mindən çox adam işləmişdir. Bu idarələrdə vəzifələrin 43 faizini tutmaq üçün yerli dilləri bilmək tələb olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]