Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ad gününüz mübarək, Elmira xanım!
Elmira Axundovanın yubileyi ilə əlaqədar həmkarının düşüncələri...

O, aktrisa olmağı arzulayırdı. Balerina, yaxud riyaziyyatçı da ola bilərdi, lakin öz tale qismətini vaxtında duyaraq məşhur jurnalist, tanınmış yazıçı, publisist oldu.

Söhbət Elmira Hüseyn qızı Axundovadan gedir. Bü günlərdə yubileyini qeyd etdiyimiz bu nəcib insanı haqlı olaraq müasir Azərbaycan jurnalistikasında və milli ədəbiyyatımızda mühüm hadisə adlandırmaq olar. Onun çoxşaxəli istedadının bütün cəhətlərini saymaqla qurtarmaz! O, özünün parlaq və yaddaqalan yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında və publisistikasında xüsusi yer tutur.

Keçən əsrin 90-cı illərində dövri mətbuatı az-çox izləyən hər kəs “Literaturnaya qazeta”da Elmira Axundovanın imzası ilə dərc edilən parlaq, son dərəcə maraqlı məqalələri, sözsüz xatırlayır. Onun məqalələri oxucuların şüuruna güclü bir axın kimi təsir edirdi. Bu məqalələr sayəsində oxucular Azərbaycanın ədəbi yeniliklərindən, ölkənin ictimai-siyasi həyatında baş vermiş hadisələrdən xəbər tuturdular. Bu yazılar müəllifin insanlara, ətraf aləmə, incəsənətə güclü marağını, müasir proseslərdə baş verən bütün mütərəqqi yenilikləri duymaq bacarığını nümayiş etdirirdi. Təkcə “LQ”də işlədiyi 8 ildə bu qəzetdə onun ən müxtəlif janrlarda yazılmış 400-dən çox (!) materialı dərc edilmişdir. Bundan əlavə, Rusiyanın və Azərbaycanın digər aparıcı nəşrlərində saysız-hesabsız məqalələri çıxmışdır...

Elmira Axundovanın jurnalistlik fəaliyyəti daim “birinci” sözü ilə müşayiət olunmuşdur. Ağdamın ermənilər tərəfindən işğal edilməsi barədə KİV-lərdə birinci olaraq məlumat verən Elmira Axundova olmuşdur. Beynəlxalq təhrikçi Zori Balayanın Azərbaycan metrosunda partlayış təşkil edilməsində əli olan terrorçu olduğunu birinci dilə gətirən də Elmira Axundova olmuşdur. O, elə həmin Zori Balayanla “LQ”də birinci olaraq açıq polemika təşkil etmiş, bununla da həmin tarixi dövrdə ictimaiyyətin diqqətini həqiqi vəziyyətə cəlb etmişdir. Elmira Axundova birincilər sırasında Xocalı faciəsi haqqında, “Əsrin müqaviləsi”nin imzalanması və Azərbaycanın müasir tarixinin digər mühüm hadisələri barədə dünyaya məlumat vermişdir.

Elmira Axundovanın vətəndaşlığı onun yaradıcılığından ayrılmazdır. Dəyərlərə yenidən qiymət verildiyi, ölkəmizin tam informasiya blokadasında olduğu gərgin dövrdə onun dahi siyasətçi Heydər Əliyevlə “LQ” səhifələrində dərc edilmiş müsahibəsi xalqımızın ümummilli liderinin təmiz adının müdafiəsi üçün ictimai baxımdan ən əhəmiyyətli töhfələrdən biri olmuşdur. “Bakinski raboçi” qəzetində “Biz hamımız keçmişin övladlarıyıq” adlı çox cəsarətli məqalə də Elmira Axundovanın qələminin məhsulu idi. Bu materialda həmin dövrdə böyük siyasətdən nahaq yerə kənarlaşdırılmış Heydər Əliyevə qarşı görünməmiş təqiblər təşkil edənlərin həqiqi niyyətləri və mənəvi puçluğu göstərilmişdir.

Onun siyasi jurnalistikaya verdiyi töhfələr də çox qiymətlidir. Həmişə öz fəallığı, eyni zamanda təmkinli, lakin ədalətli və barışmaz mövqeyi ilə seçilən Elmira Axundova son illərdə ictimai-siyasi həyatın ən aktual mövzularına müraciət etmiş və jurnalistin qərəzsiz, obyektiv mövqe tutması prinsipindən heç vaxt kənara çıxmamışdır. Xarici KİV-lərdə işləyərkən öz jurnalist fəaliyyətində ölkənin milli maraqlarını həmişə üstün tutmuşdur. Onun fəaliyyətini səciyyələndirən ən parlaq epizodlardan birini qeyd etmək istərdim. Heydər Əliyev, Vladimir Putin, Aleksandr Lukaşenko, Robert Koçaryan və başqa prezidentlərin iştirakı ilə MDB-nin Minskdə keçirilən sammitində Elmira Axundova mikrofona yaxınlaşaraq V.Putindən soruşmuşdu: “Siz həmişə mütəşəkkil cinayətkarlığa qarşı mübarizədən danışırsınız. Bilmək olarmı, siz Dağlıq Qarabağ kimi nəzarətsiz ərazilərdə cinayətkarlığa qarşı necə mübarizə aparmaq niyyətindəsiniz?”. Bu sualdan sonra Koçaryan sifətini turşutmuş, sammitin “ev sahibi” Lukaşenko isə narazı halda başını bulamışdı. Elmira xanım söyləyirdi ki, “həzm edilməsi” çətin olan bu sual onun 1993-cü ildən 2002-ci ilə qədər işlədiyi “Azadlıq” radiosunun xüsusi müxbiri vəzifəsindən kənarlaşdırılması ilə nəticələndi.

Başqa bir misal. Moskva. Heydər Əliyev ilə Levon Ter-Petrosyan arasında Qarabağ probleminə dair yüksək səviyyədə ilk görüşdən sonra jurnalistlər danışıqların nəticələrini gözləyirdi. E.Axundova “Azadlıq” radiosunda artıq bu barədə anons vermişdi. Hamı görüşdən sonra şərh gözləyir və ... birdən-birə məlum olur ki, heç bir şərh olmayacaqdır. Prezidenti müşayiət edən bütün jurnalistlər aeroporta göndərilir ki, oradan Bakıya uçmaq üçün Prezident Heydər Əliyevi gözləsinlər. Elmira xanım əsəbiləşir, çünki efirdə şərh olmaması yolverilməzdir, xüsusən bu və ya digər hadisə barədə anonsdan sonra. Birdən Ermənistan prezidenti Ter-Petrosyan peyda olur və VİP-zaldan keçərək öz təyyarəsinə tərəf gedir. E.Axundova cəmi bir anın içində bu görüşün yekunları barədə ona sual verməyi qərara alır. O, diktofonu çıxarmaq üçün çantasını götürür və işin tərsliyindən çanta açılmır. Bir neçə uğursuz cəhd nəticə verməyəndə o, çantanı cırıb diktofonu çıxarır və artıq oradan uzaqlaşmağa hazırlaşan Ter-Petrosyana tərəf tələsir. Elmira xanım sözün hərfi mənasında qaça-qaça öz sualını verir. Ermənistan prezidentinin mühafizəçiləri onu Axundovanın gözlənilməz “hücumundan” “zərərsizləşdirmək” istəyir və bu anda gözlənilməz bir hadisə baş verir: “Axundova” soyadını eşidən Ter-Petrosyan öz mühafizəçilərini dayandırır və gülümsəyərək ona kompliment deyir: “Sizin “Azadlıq” radiosunda səslənən reportajlarınızı hər səhər mənə gətirirlər, sizin “LQ”də dərc edilən yazılarınızı da daim oxuyuram”. Bundan sonra o, jurnalistin istənilən sualına cavab verməyə hazır olduğunu bildirmişdir. Təbii ki, bizim Prezident də jurnalistin bu cəsarətini və peşəkarlığını yüksək qiymətləndirmişdir.

Elmira xanım Azərbaycan jurnalistikasının parlaq nümayəndəsidir. O, daxilən sərbəst və qeyri-adi insandır. Dəfələrlə müxtəlif vəzifələr təklif edilsə də, o, həmişə sərbəstliyi seçmişdir. Bizim peşəmizin bu və ya digər dərəcədə verdiyi sərbəstlik yazıçıya həyat mövqeyi seçməkdə daim kömək etmişdir. Heyrətamiz təbiilik, öz mövqeyini ifadə etməkdə şübhə və inamsızlığın olmaması, vəziyyəti düzgün başa düşmək - bütün bunlar Elmira Axundovaya xas olan məziyyətlərdir.

Əsl yazıçı anadan yazıçı kimi doğulur, lakin eyni zamanda o, daim öz üzərində işləməli və sənətkar kimi püxtələşməlidir. Bunların biri olmasa, digəri də mümkün deyil. İstedadsız adam yaxşı yazıçı ola bilməz, eyni zamanda təkcə istedad sayəsində yaxşı yazıçı olmaq mümkün deyil. Elmira Axundova qələm əhli üçün zəruri olan bütün keyfiyyətləri - intellektual potensial, yaradıcılıq qığılcımı, vətəndaşlıq mövqeyi, prinsipiallıq, fədakarlıq dərəcəsinə çatan əməksevərlik kimi məziyyətləri özündə cəmləşdirir. Onun peşəkar ustalıq zirvəsinə çatması, ilk növbədə ağır, gərgin və üzücü işin nəticəsidir. Onun üçün işin böyüyü-kiçiyi yoxdur, o, fəal insandır, zəhmətkeş insandır, onun bir prinsipi var - yalnız irəli! Onun həyat kredosu belədir: “Heç nəyə baxmadan”, “Hər şeyə rəğmən”. Başqa sözlə desək, o, qarşısına çıxan hər hansı maneələrə baxmadan öz işini görür. İşləmək üçün, yaradıcılıq üçün, ictimai fəaliyyət üçün özünü səfərbər etmək bacarığı onun təkraredilməz xüsusiyyətidir.

E.Axundova ümummilli lider Heydər Əliyevə həsr edilmiş “Şəxsiyyət və zaman” sanballı mədəni-maarifçilik layihəsinin müəllifidir. Zəmanəmizin böyük siyasi xadimi Heydər Əliyev artıq 20 ildir ki, Elmira Axundovanın bütün fəaliyyətinin mərkəzi simasıdır. O, 1991-ci ildən Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən məqalələr, müsahibələr, esselər, analitik icmallar dərc edir. Elmira Axundovanın bütün yaradıcılığından qırmızı xətt kimi keçən böyük məqsəd hələ o vaxt formalaşmışdı. Altı cildlik “Heydər Əliyev. Şəxsiyyət və zaman” roman-tədqiqatda ümummilli liderimizin çoxşaxəli fəaliyyəti son dərəcə səmimi, patetikasız, bütün mürəkkəbliyi ilə və hərtərəfli izlənilir. Elmira Axundova çoxsaylı müasirlərimizin xatirələrini, faktları zərrə-zərrə toplayaraq vahid bir tam kimi formalaşdırmış və ümummilli liderin həyatını taleyin qisməti ilə Heydər Əliyev kimi tarixi şəxsiyyətlə ünsiyyətdə olmuş insanların taleləri fonunda oxuculara təqdim etmişdi. Ulu öndərin portreti qeyri-adi şəkildə nizamlanmış və müəllif prozası janrına meyli aşkar hiss olunan söhbətlərə əsaslanır. Çoxsaylı xatirələr fonunda bu əsərin hər bir fəslinin inandırıcılığı oxucunu heyran edir. Altıcildliyin cəsarətli forması rəsmi ədəbiyyat ənənələri ilə uzlaşmır. Heydər Əliyevin həyatı, onun fikirləri, istəkləri, öz xalqına sevgisi və bu xalq üçün məsuliyyəti son dərəcə təmkinli, müdrik şəkildə, bəzək-düzəksiz açıqlanır. Belə bir kitab yazıçıdan böyük zəhmətlə yanaşı, əsərin canına hopan başqa keyfiyyətlər də tələb edir. Müəllifin dəlilləri və arqumentləri ciddi və təmkinlidir, o, emosiyalarını demək olar ki, üzə çıxarmır, lakin bu yalnız ilk baxışda belədir: Elmira Axundovanın kitabları müəllifin şəxsi, yaxşı mənada vasvası münasibəti ilə seçilir. Axı bu, onun həyatının ŞAH ƏSƏRİDİR.

Elmira Axundovanın çoxsaylı pərəstişkarları ilə yanaşı, dostları və həmkarları da onu çox sevirlər. Başqalarında xeyirxah və yaxşı cəhətləri tapmağı, onların istedadını qiymətləndirməyi bacaran Elmira xanım həqiqətən ona heyran olmağa layiqdir. İnsanlar haqqında ya yaxşı, ya da heyranlıqla danışmaq keyfiyyəti rəğbət doğurur, lakin bu xüsusiyyət onun mühakimələrinin kəskinliyinə mane olmur. Onun insani keyfiyyətləri, nəcib qəlbi barədə çox danışmaq olar. Axı insanların ehtiyacları barədə danışmağı və prezidentdən özünə yox, başqalarına kömək istəməyi yalnız o bacara bilərdi. Yadımdadır, Heydər Əliyevin Moskvaya növbəti səfəri zamanı Elmira xanım eşitmək qabiliyyətindən məhrum olan bir azərbaycanlı oğlan haqqında məktub gətirmişdi. Bu oğlanın Moskvadakı ixtisaslaşdırılmış mərkəzdə müalicəyə ehtiyacı vardı. Bunun üçün Moskvanın keçmiş meri Yuri Lujkovun icazəsi lazım idi. Moskva meri mühafizəçilərin qabağını kəsdiyi mətbuat nümayəndələrinin yanından keçəndə Elmira Axundova uca səslə onu çağırmışdı. Yuri Lujkov onu tanıyıb ayaq saxlamış, xahişini dinləmiş və müvafiq məktubu elə oradaca imzalamışdı. Elmira xanımın bu xəstə oğlan üçün görə bildiyi böyük iş üçün necə sevindiyi yadımdadır. Onun portreti üçün bu ştrix, məncə, həlledici məqamdır.

Elmira xanım öz yaxınları, dostları və həmkarları üçün həmişə istənilən informasiyanı və biliklərini bölüşməyə hazır olan xeyirxah məsləhətçidir.

Nəhayət, bu həmin Elmira xanımdır ki, Məkkədə müqəddəs Kəbənin qarşısında hönkür-hönkür ağlayırdı, ona görə ki, atasının Məkkəni ziyarət etmək arzusu ürəyində qalmış, bu nisgil ilə dünyasını dəyişmişdi.

Biz isə sevinməliyik ki, Elmira xanımın möcüzəli istedadının bəhrələrini görürük.

AZƏRTAC-ın bütün əməkdaşları adından məhəbbətlə,

Asya Hacızadə

AZƏRTAC-ın Misirdəki xüsusi müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni imkanlar yaradır – ŞƏRH

Zəhra Pezeşkiandan

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şəfiqə Tahirova: Ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun bacarıqları ilə ölçülməlidir

Mərkəzi Bankın nümayəndələri Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcəklər

Qarabağdan Buxaraya: əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü - Yusif Qarabaği irsi

Burhanettin Duran: Suriyanın gələcəyini yalnız xalqın iradəsi müəyyən etməlidir

Vəkillərin icbari təlimlərinin ikinci istiqaməti yekunlaşıb

AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq

“Hapoel”in qapıçısı: Liqa mərhələsinə yüksəlməyimizə cəmi 20 saniyə qalmışdı

Laçın Şəhəri Günü çərçivəsində nağıl-tamaşa nümayiş olunub

Qəhvəyi mərmər bağacığı ilə mübarizə məqsədilə 26 minə yaxın feromon tələ quraşdırılıb

Paris üçün kritik gün: “Fitch Ratings” Fransanın kredit reytinqini yenidən nəzərdən keçirir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb

Laçında aparılan quruculuq işləri Azərbaycanın sülhə və dinc inkişafa yönəlmiş siyasətinin göstəricisidir – ŞƏRH

® “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək II” layihəsi fəaliyyətini davam etdirir

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır

MDU tarixində rekord: tələbə qəbulu planı 98 faiz yerinə yetirilib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

İki dəfə uğursuz oldu, üçüncü cəhddə arzuladığı universitetə qəbul aldı - Dövlət Proqramının qalibi

AZAL uçuşlarda gecikmə və ləğv halları ilə bağlı sərnişinlərə müraciət edib

Rəqəmsal platformaların vergiyə cəlb olunması ədalətli rəqabətə imkan verəcək - RƏY

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Azərbaycanda mis konsentratı istehsalı 6 dəfədən çox artıb – QRAFİK

Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyevadan

“Nebesnaya qratsiya” Beynəlxalq İdmana Dəstək Assosiasiyasının prezidenti, Olimpiya çempionu Alina Kabayevadan

Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq

Ölkəyə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanıb

Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Kino Agentliyinin direktoru: Filmlərimizin beynəlxalq səviyyədə yayımı əsas istiqamətlərdəndir

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostindən

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Şahzadə Harri və Meqan bu gün Böyük Britaniyaya qayıdırlar

Şamaxıda vətəndaşların müraciətləri dinləniləcək

Bu il BMU-nun qəbul planı ilkin olaraq 98,3 faiz dolub

Sentyabrdakı hərraclarda 82 avtomobil və gəmi satışa çıxarılacaq

Aslan Kərimov: “Sabah” mükəmməl iş görərək, hər mərhələdə inkişaf etməyi bacardı

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

ADNSU və Özbəkistanın ali təhsil müəssisələri: ikili diplom və tələbə mübadiləsi

Azərbaycan–Özbəkistan aqrar əməkdaşlığı: təcrübədən strateji tərəfdaşlığa – ŞƏRH

® Maliyyə ehtiyaclarınız üçün “AccessBank”dan 50 min manatadək nağd kredit

Yulia Çimen: Azərbaycan-Türkiyə startap və vençur kapitalı əməkdaşlığında yeni mərhələ başlayır - MÜSAHİBƏ

Xüsusi nümayəndə: Laçının Buxara şəhəri ilə qardaşlaşmasına dair sazişin imzalanması mühüm hadisədir

Türkiyənin universitetlərində bəzi ixtisaslar üzrə tələbə çatışmazlığı yaranıb

Məsim Məmmədov: Laçın Beynəlxalq Film Festivalının ənənəvi xarakter almasına nail olmağı planlaşdırırıq

Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb

“Mançester Siti” 19 yaşlı mərakeşli futbolçunu 100 milyon avroya transfer edib

“ADEX”də yeni rekord: Sərgi üçün ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilir

® İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır

Sabahdan X sinif şagirdlərinin elektron yerdəyişmə prosesinə başlanılır

Özbəkistan Peşəkar Futbol Liqası “Sabah”ı tarixi uğur münasibətilə təbrik edib

Paytaxtda daha 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Nigar Axundova: Sürəyya Ağaoğlu öz dövrünün görkəmli qadını olub və bu gün də belə olaraq qalır - MÜSAHİBƏ

Səfir: İmzalanan müqavilələr Özbəkistan-Azərbaycan müttəfiqliyinin inkişafını əks etdirir

Azərbaycan Voleybol Federasiyası ilə CEV arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Almaniyanın Maqdeburq şəhərində miqrant sahibkarlar irqçiliyə etiraz olaraq mağazalarını bağlayıblar

Bəyimxanım Vəliyeva: Azərbaycan muğamı ölkəmizi beynəlxalq aləmdə tanıdan ən qiymətli sənət incilərindəndir

Süni intellekt Azərbaycan bizneslərinin xarici bazarlara çıxışını əhəmiyyətli dərəcədə asanlaşdıra bilər - ŞƏRH

AMADA-nın icraçı direktoru: Təmiz idman sahəsində Azərbaycan-Özbəkistan əməkdaşlığının əhəmiyyəti yaxın illərdə daha da artacaq

“Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub

Fransa maliyyə böhranı riski ilə üz-üzədir: bu təhlükə hər gün artır

Qaraçöpdən Avropaya uzanan uğur yolu: Zülfüqar Xubanov

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO

Yerli turizm sənayesi nümayəndələri Qarabağ və Şərqi Zəngəzura tanışlıq səfəri ediblər

Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq – PROQNOZ

Qayıdan xatirələr... VİDEO

Qayıdan xatirələr... VİDEO

İngiltərənin nağılvari kəndləri: Kotsvoldsa səyahət - REPORTAJ

ABŞ Cənubi Koreya və Yaponiya ilə birgə hərbi təlimlərə hazırlaşır

Özbəkistan tək səyahət etmək üçün ən yaxşı 5 ölkə sırasına daxil olub

Qurban Qurbanov: Rəqiblər artıq Azərbaycan klublarından çəkinməyə başlayırlar VİDEO

Qurban Qurbanov: Rəqiblər artıq Azərbaycan klublarından çəkinməyə başlayırlar VİDEO

MDU-da müəllim olmaq arzusu ilə yüksək bal toplayan tələbə ilə görüş olub

Türkiyədəki Side antik şəhərində 390 metrlik qədim küçə üzə çıxarılıb

Fransada yarım ildə 33 mindən çox sahibkar fəaliyyətini itirib

Çin xaricdə qanun pozuntusuna yol vermiş vətəndaşların ölkədən çıxış qaydalarını sərtləşdirəcək

Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur YENİLƏNİB VİDEO

Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur YENİLƏNİB VİDEO

“Sabah”ın polşalı futbolçusu: Mikelsin qolundan sonra dəli kimi ağlamağa başladım

Pakistan səfiri: Yaxın zamanda Azərbaycanla enerji sektorunda əməkdaşlığın inkişafı ilə bağlı xoş xəbərlər eşidəcəyik

Laçın bu gün Azərbaycanın yeni inkişaf salnaməsinin parlaq səhifələrindən birinə çevrilib ŞƏRH

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Valideynlər məktəbli forması seçərkən nəyə diqqət etməlidirlər? - REPORTAJ VİDEO

Valideynlər məktəbli forması seçərkən nəyə diqqət etməlidirlər? - REPORTAJ VİDEO

Türkiyədə Malazgirt Zəfərinin 955-ci ildönümü qeyd edilir

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni geoiqtisadi məkan formalaşdırır RƏY

Azərbaycanın nar şirəsi Karib hövzəsi bazarına ixrac olunub

“Neftçi” lüksemburqlu futbolçu ilə yollarını ayırıb

Azərbaycan-Gürcüstan sərhədində nəqliyyat vasitələrinin sıxlığı aradan qaldırılıb - AÇIQLAMA

Çində palçıq axını olub, itkin düşənlər var VİDEO

Çində palçıq axını olub, itkin düşənlər var VİDEO

Şəkərli diabet xəstələri meyvədən imtina etməlidirlərmi? – Mütəxəssis rəyi VİDEO

Şəkərli diabet xəstələri meyvədən imtina etməlidirlərmi? – Mütəxəssis rəyi VİDEO

Yeddi ayda banklar 858,7 milyon manat xalis mənfəət əldə edib

Laçın Böyük Qayıdışın uğurlu nümunəsi ilə diqqət çəkir ŞƏRH

İyulda manatla pul kütləsi 8,5 faiz artıb

Çempionlar Liqası: “Sabah” təsnifat mərhələsinin ən intizamlı komandası olub

Fiziki şəxslərin müddətli əmanətləri iyulda dəyişməyib

Azərbaycanın Baltikyanı ölkələrlə ticarət dövriyyəsinin həcmi açıqlanıb – QRAFİK

Ölkədaxili nağdsız əməliyyatların həcmi 14 faizədək artıb