Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəfiqə Tahirova: Ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun bacarıqları ilə ölçülməlidir

Şəfiqə Tahirova: Ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun bacarıqları ilə ölçülməlidir

Bakı, 26 avqust, AZƏRTAC

Müasir dövrdə elmi-texnoloji tərəqqi, sosial-iqtisadi dəyişikliklər və əmək bazarının tələbləri ali təhsil qarşısında yeni vəzifələr qoyur. Ali məktəbin əsas məqsədi yalnız nəzəri biliklərə yiyələnmiş məzun hazırlamaq deyil, dəyişən şəraitə uyğunlaşan, müstəqil və yaradıcı düşünən, təşəbbüskar, problemləri həll etməyi və peşəkar fəaliyyət göstərməyi bacaran şəxsiyyət formalaşdırmaqdır. Bu baxımdan ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun gələcək fəaliyyətində istifadə edə biləcəyi bilik, bacarıq və kompetensiyalarla ölçülməlidir. Tələbə yeni məlumatları müstəqil əldə etməli, onları təhlil və qiymətləndirməli, praktik fəaliyyətə tətbiq etməyi bacarmalıdır. Yəni o, yalnız “Nəyi bilirəm?” deyil, “Bildiklərimi necə tətbiq edə bilərəm?” sualına da cavab verməlidir.

Bu fikirlər Azərbaycan Dillər Universitetinin baş müəllimi pedaqogika üzrə fəlsəfə doktoru Şəfiqə Tahirovanın AZƏRTAC-a təqdim etdiyi məqalədə yer alıb. Məqalədə qeyd edilir ki, müasir tələbənin əsas kompetensiyalarından biri tənqidi düşünmədir. Bu bacarıq informasiyanı təhlil etməyə, müxtəlif mövqeləri müqayisə etməyə, məlumatların etibarlılığını qiymətləndirməyə və əsaslandırılmış nəticəyə gəlməyə imkan verir. İnformasiya bolluğu şəraitində tələbənin məlumatı kor-koranə qəbul etməməsi, onun doğruluğunu müəyyənləşdirməsi həm təhsil, həm də gələcək peşə fəaliyyəti üçün vacibdir.

Digər mühüm kompetensiya yaradıcı düşünmədir. Tələbə problemlərə fərqli yanaşmalı, alternativ həll yolları axtarmalı, yeni ideyalar irəli sürməli və təşəbbüs göstərməlidir. Müasir əmək bazarında yeniliklər təklif edən, dəyişikliklərə açıq və yaradıcı mütəxəssislərə ehtiyac artır. Kommunikasiya və əməkdaşlıq bacarıqları da müasir tələbənin inkişafında mühüm rol oynayır. Tələbə öz fikrini aydın ifadə etməli, başqalarını dinləməli, fərqli mövqelərə hörmətlə yanaşmalı və öz fikrini əsaslandırmalıdır. Qrup layihələri, müzakirələr, komanda işləri və birgə tədqiqatlar tələbələrdə məsuliyyət, əməkdaşlıq və liderlik keyfiyyətlərinin inkişafına şərait yaradır.

Texnoloji tərəqqi rəqəmsal savadlılığı əsas kompetensiyalardan birinə çevirib. Müasir tələbə rəqəmsal vasitələrdən istifadə etməklə yanaşı, informasiya mənbələrini seçməyi, məlumatı təhlil etməyi, onun etibarlılığını qiymətləndirməyi və rəqəmsal təhlükəsizlik qaydalarına əməl etməyi bacarmalıdır. Akmeoloji yanaşmada rəqəmsal savadlılıq tələbənin potensialını inkişaf etdirməsinə və peşəkar nailiyyətlərə çatmasına xidmət edən vasitədir.

Süni intellekt texnologiyalarının inkişafı da ali təhsilə yeni tələblər qoyur. Tələbə süni intellektdən hazır materialları passiv mənimsəyən istifadəçi kimi deyil, öz intellektual və yaradıcı potensialını inkişaf etdirən fəal subyekt kimi yararlanmalıdır.

Müasir tələbə üçün problem həlli və qərarvermə bacarığı da mühüm əhəmiyyət daşıyır. Peşə fəaliyyətində yalnız nəzəri biliklər kifayət etmir. Problemin səbəblərini müəyyənləşdirmək, alternativ həll yollarını müqayisə etmək və optimal qərar qəbul etmək çevik və praktik düşünmə tələb edir. Akmeoloji baxımdan bu bacarıqlar tələbənin peşəkar potensialını genişləndirir və yüksək nailiyyətlərə doğru inkişafına şərait yaradır. Bununla yanaşı, ali məktəbi bitirmək öyrənmə prosesinin sonu deyil. Ömürboyu öyrənmə müasir mütəxəssisin əsas xüsusiyyətlərindən biridir. Elm, texnologiya və əmək bazarındakı dəyişikliklər bilik və bacarıqların daim yenilənməsini tələb edir. Akmeoloji yanaşmada ömürboyu öyrənmə insanın öz potensialını davamlı inkişaf etdirməsi, peşəkar imkanlarını genişləndirməsi və yüksək nailiyyətlərə doğru irəliləməsidir.

Müasir tələblər ali təhsilin məzmununa və təlim prosesinə yeni yanaşmanı zəruri edir. Təlimdə yalnız məlumat ötürülməsinə deyil, tələbənin fəal fəaliyyətinə və praktik bacarıqlarının inkişafına üstünlük verilməlidir. Müəllim bilik mənbəyi olmaqla yanaşı, tələbənin müstəqil öyrənməsinə, tədqiqat və yaradıcılıq fəaliyyətinə istiqamət verən mentor kimi çıxış etməlidir.

Qiymətləndirmədə yalnız yadda saxlanılan məlumat deyil, biliklərin tətbiqi, təhlil, problem həlli, qərarvermə və yaradıcı fəaliyyət bacarıqları nəzərə alınmalıdır. Ali məktəblərlə əmək bazarı arasında əlaqələr gücləndirilməli, tələbələrin real layihələrə, peşə təcrübəsinə və iş mühitinə cəlb olunması genişləndirilməlidir. Beləliklə, müasir ali təhsilin əsas məqsədi yalnız savadlı məzun hazırlamaq deyil, öz üzərində işləyən, dəyişikliklərə uyğunlaşan, yaradıcı və tənqidi düşünən, problemləri həll edən, səmərəli ünsiyyət quran, rəqəmsal imkanlardan məsuliyyətlə istifadə edən və peşəkar inkişafını ömürboyu davam etdirən şəxsiyyət yetişdirməkdir.

Akmeoloji yanaşma tələbəni hazır biliklərin passiv mənimsəyicisi deyil, öz potensialını dərk edən, inkişaf etdirən, peşəkar məqsədlər müəyyənləşdirən və həmin məqsədlərə doğru irəliləyən fəal şəxsiyyət kimi formalaşdırır. Belə məzun əmək bazarının tələblərinə cavab verməklə yanaşı, öz potensialını reallaşdırmağa və peşəkar “akme”yə çatmağa qadir olur.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zamira İsayeva: Təhsil Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır

Deputat: Laçın Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir

Klipdən başlayan sevgi: yeddi ildir domra ifa edən azərbaycanlı gənc

Çexiyada tarixi abidələrin bərpasına 42 milyon avroya yaxın vəsait ayrılacaq

“Meta” platformalarının gənclərə zərər vurması iddiasını 18 milyard dollara həll etməyə razılıq verib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Yeni sanitariya norma və qaydaları təsdiqlənib

Biləsuvarda yük avtomobili kanala aşıb

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

“Tvente”nin baş məşqçisi: “Qarabağ”a qalib gəlmək üçün futbolçular ən yaxşı formada olmalıdırlar

Rusiyalı sahibkar Alişer Usmanovdan

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub

Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni imkanlar yaradır – ŞƏRH

Zəhra Pezeşkiandan

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şəfiqə Tahirova: Ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun bacarıqları ilə ölçülməlidir

Mərkəzi Bankın nümayəndələri Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcəklər

Qarabağdan Buxaraya: əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü - Yusif Qarabaği irsi

Burhanettin Duran: Suriyanın gələcəyini yalnız xalqın iradəsi müəyyən etməlidir

Vəkillərin icbari təlimlərinin ikinci istiqaməti yekunlaşıb

AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq

“Hapoel”in qapıçısı: Liqa mərhələsinə yüksəlməyimizə cəmi 20 saniyə qalmışdı

Laçın Şəhəri Günü çərçivəsində nağıl-tamaşa nümayiş olunub

Qəhvəyi mərmər bağacığı ilə mübarizə məqsədilə 26 minə yaxın feromon tələ quraşdırılıb

Paris üçün kritik gün: “Fitch Ratings” Fransanın kredit reytinqini yenidən nəzərdən keçirir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb

Laçında aparılan quruculuq işləri Azərbaycanın sülhə və dinc inkişafa yönəlmiş siyasətinin göstəricisidir – ŞƏRH

® “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək II” layihəsi fəaliyyətini davam etdirir

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır

MDU tarixində rekord: tələbə qəbulu planı 98 faiz yerinə yetirilib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

İki dəfə uğursuz oldu, üçüncü cəhddə arzuladığı universitetə qəbul aldı - Dövlət Proqramının qalibi

AZAL uçuşlarda gecikmə və ləğv halları ilə bağlı sərnişinlərə müraciət edib

Rəqəmsal platformaların vergiyə cəlb olunması ədalətli rəqabətə imkan verəcək - RƏY

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Azərbaycanda mis konsentratı istehsalı 6 dəfədən çox artıb – QRAFİK

Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyevadan

“Nebesnaya qratsiya” Beynəlxalq İdmana Dəstək Assosiasiyasının prezidenti, Olimpiya çempionu Alina Kabayevadan

Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq

Ölkəyə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanıb

Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Kino Agentliyinin direktoru: Filmlərimizin beynəlxalq səviyyədə yayımı əsas istiqamətlərdəndir

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostindən

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Şahzadə Harri və Meqan bu gün Böyük Britaniyaya qayıdırlar

Şamaxıda vətəndaşların müraciətləri dinləniləcək

Bu il BMU-nun qəbul planı ilkin olaraq 98,3 faiz dolub

Sentyabrdakı hərraclarda 82 avtomobil və gəmi satışa çıxarılacaq

Aslan Kərimov: “Sabah” mükəmməl iş görərək, hər mərhələdə inkişaf etməyi bacardı

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

ADNSU və Özbəkistanın ali təhsil müəssisələri: ikili diplom və tələbə mübadiləsi

Azərbaycan–Özbəkistan aqrar əməkdaşlığı: təcrübədən strateji tərəfdaşlığa – ŞƏRH

® Maliyyə ehtiyaclarınız üçün “AccessBank”dan 50 min manatadək nağd kredit

Yulia Çimen: Azərbaycan-Türkiyə startap və vençur kapitalı əməkdaşlığında yeni mərhələ başlayır - MÜSAHİBƏ

Xüsusi nümayəndə: Laçının Buxara şəhəri ilə qardaşlaşmasına dair sazişin imzalanması mühüm hadisədir

Türkiyənin universitetlərində bəzi ixtisaslar üzrə tələbə çatışmazlığı yaranıb

Məsim Məmmədov: Laçın Beynəlxalq Film Festivalının ənənəvi xarakter almasına nail olmağı planlaşdırırıq

Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb

“Mançester Siti” 19 yaşlı mərakeşli futbolçunu 100 milyon avroya transfer edib

“ADEX”də yeni rekord: Sərgi üçün ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilir

® İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır

Sabahdan X sinif şagirdlərinin elektron yerdəyişmə prosesinə başlanılır

Özbəkistan Peşəkar Futbol Liqası “Sabah”ı tarixi uğur münasibətilə təbrik edib

Paytaxtda daha 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Nigar Axundova: Sürəyya Ağaoğlu öz dövrünün görkəmli qadını olub və bu gün də belə olaraq qalır - MÜSAHİBƏ

Səfir: İmzalanan müqavilələr Özbəkistan-Azərbaycan müttəfiqliyinin inkişafını əks etdirir

Azərbaycan Voleybol Federasiyası ilə CEV arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Almaniyanın Maqdeburq şəhərində miqrant sahibkarlar irqçiliyə etiraz olaraq mağazalarını bağlayıblar

Bəyimxanım Vəliyeva: Azərbaycan muğamı ölkəmizi beynəlxalq aləmdə tanıdan ən qiymətli sənət incilərindəndir

Süni intellekt Azərbaycan bizneslərinin xarici bazarlara çıxışını əhəmiyyətli dərəcədə asanlaşdıra bilər - ŞƏRH

AMADA-nın icraçı direktoru: Təmiz idman sahəsində Azərbaycan-Özbəkistan əməkdaşlığının əhəmiyyəti yaxın illərdə daha da artacaq

“Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub

Fransa maliyyə böhranı riski ilə üz-üzədir: bu təhlükə hər gün artır

Qaraçöpdən Avropaya uzanan uğur yolu: Zülfüqar Xubanov

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO

Yerli turizm sənayesi nümayəndələri Qarabağ və Şərqi Zəngəzura tanışlıq səfəri ediblər

Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq – PROQNOZ

Qayıdan xatirələr... VİDEO

Qayıdan xatirələr... VİDEO

İngiltərənin nağılvari kəndləri: Kotsvoldsa səyahət - REPORTAJ

ABŞ Cənubi Koreya və Yaponiya ilə birgə hərbi təlimlərə hazırlaşır

Özbəkistan tək səyahət etmək üçün ən yaxşı 5 ölkə sırasına daxil olub

Qurban Qurbanov: Rəqiblər artıq Azərbaycan klublarından çəkinməyə başlayırlar VİDEO

Qurban Qurbanov: Rəqiblər artıq Azərbaycan klublarından çəkinməyə başlayırlar VİDEO

MDU-da müəllim olmaq arzusu ilə yüksək bal toplayan tələbə ilə görüş olub

Türkiyədəki Side antik şəhərində 390 metrlik qədim küçə üzə çıxarılıb

Fransada yarım ildə 33 mindən çox sahibkar fəaliyyətini itirib

Çin xaricdə qanun pozuntusuna yol vermiş vətəndaşların ölkədən çıxış qaydalarını sərtləşdirəcək

Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur YENİLƏNİB VİDEO

Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur YENİLƏNİB VİDEO

“Sabah”ın polşalı futbolçusu: Mikelsin qolundan sonra dəli kimi ağlamağa başladım

Pakistan səfiri: Yaxın zamanda Azərbaycanla enerji sektorunda əməkdaşlığın inkişafı ilə bağlı xoş xəbərlər eşidəcəyik

Laçın bu gün Azərbaycanın yeni inkişaf salnaməsinin parlaq səhifələrindən birinə çevrilib ŞƏRH