AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq
Bakı, 26 avqust, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) bakalavriat səviyyəsinə qəbul olunanların qeydiyyatı “mygov” rəqəmsal hökumət platforması üzərindən həyata keçiriləcək.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, qəbul olunan abituriyentlər “mygov” platformasında qeydiyyatdan keçdikdən sonra yaradılmış kabinetə daxil olub “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Abituriyentin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu abituriyentlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.
Abituriyentlərin qeydiyyatına dəstək məqsədilə AzTU-da Dəstək Mərkəzi yaradılıb.
Avqustun 28-dən sentyabrın 8-dək saat 09:00-dan 17:30-dək AzTU-ya qəbul olunan abituriyentlər qeydiyyatdan keçmək üçün mərkəzə müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2026 [15:50]
Bu il BMU-nun qəbul planı ilkin olaraq 98,3 faiz dolub
- 26.08.2026 [15:14]
Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb
- 26.08.2026 [14:58]