Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarabağdan Buxaraya: əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü - Yusif Qarabaği irsi

Qarabağdan Buxaraya: əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü - Yusif Qarabaği irsi

Bakı, 26 avqust, AZƏRTAC

Azərbaycanın çoxəsrlik tarixində elə şəxsiyyətlər var ki, onların fəaliyyəti yalnız doğulduqları torpağın deyil, bütövlükdə geniş coğrafiyanın elmi, fəlsəfi və mədəni inkişafına təsir göstərib. Belə mütəfəkkirlərdən biri də XVI əsrin ikinci yarısı – XVII əsrin ortalarında yaşamış görkəmli Azərbaycan filosofu, alimi və şairi Yusif Qarabağidir. Onun həyat və yaradıcılığı Azərbaycanla Orta Asiya arasında əsrlər boyu mövcud olmuş elmi-mədəni əlaqələrin parlaq nümunələrindən biridir. Həyat yolu Qarabağdan başlayaraq Səmərqənd və Buxaranın məşhur elm ocaqlarına qədər uzanan Yusif Qarabaği burada yalnız öz dövrünün böyük alimi kimi tanınmayıb, həm də fəlsəfi düşüncənin, məntiqin, kəlamın və digər elmlərin inkişafına mühüm töhfələr verib.

AZƏRTAC görkəmli filosof, şair Yusif Qarabağinin həyat və yaradıcılığına nəzər salır.

Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli Yusif Qarabaği irsinin yalnız Azərbaycan fəlsəfəsi tarixinin deyil, Azərbaycan–Özbəkistan münasibətlərinin çoxəsrlik elmi və mədəni təməllərinin də mühüm hissəsi olduğunu bildirib. Onun sözlərinə görə, alimin irsi Azərbaycan və Mərkəzi Asiyanın elmi, fəlsəfi və ədəbi mühitləri arasında əlaqələrin qədim dövrlərə təsadüf etdiyini göstərən mühüm nümunədir.

“Ümumiyyətlə, Yusif Qarabağinin irsini araşdırdıqda məlum olub ki, onun hazırda əlimizə çatan 24 əlyazması mövcuddur. Həmçinin 1619-cu ildə Buxara hökmdarı Bahadur xanın Yusif Qarabağinin şərəfinə kitabxana tikdirdiyi və alimi həmin kitabxananın rəhbəri təyin etdiyi barədə məlumatlar var. Bütün bunları nəzərə aldıqda Yusif Qarabağinin portretinin hazırlanması, əsərlərinin elmi dövriyyəyə daxil edilməsi, habelə həyat və yaradıcılığı ilə bağlı yeni arxiv və elmi araşdırmaların aparılması qarşımızdakı əsas məqsədlərdən biridir”, – deyə direktor vurğulayıb.

Yusif Qarabağinin elmi fəaliyyətinin ən parlaq dövrü Buxara ilə bağlıdır

Yusif Məhəmmədcan oğlu Məhəmmədşahi Qarabaği XVI əsrin ikinci yarısında Qarabağ mahalında dünyaya gəlib. İlk təhsilini doğma yurdunda alan Yusif Qarabaği daha sonra dövrünün mühüm elm mərkəzlərinə üz tutub. O, İranda tanınmış alim Həbibullah Mirzəcan Şirazinin tələbəsi olub. Müəlliminin elmi məktəbində fəlsəfə, məntiq, fiqh, kəlam və digər elmləri dərindən mənimsəyən Yusif Qarabaği sonralar müəllimi ilə birlikdə Orta Asiyaya gedib. Onun həyatında Səmərqənd xüsusi mərhələ təşkil edib. Burada elmi və pedaqoji fəaliyyət göstərən Yusif Qarabaği böyük nüfuz qazanıb və “Böyük Axund” adı ilə tanınıb. 1590-cı ildə Səmərqənddə olarkən Mövlana Cəlaləddin Dəvvaninin “Şərhi-əqayidi-əzüdi” əsərinə yazdığı haşiyə onun elmi yaradıcılığının mühüm nümunələrindən biri olub. Sonralar “Haşiyəyi-Xanəgahi” adı ilə məşhurlaşan bu əsər Yusif Qarabağinin fəlsəfi mübahisələrdəki mövqeyini və elmi hazırlığını nümayiş etdirib. Yusif Qarabaği həmin dövrdə mənəvi-fəlsəfi axtarışlarını da davam etdirib və Nəcməddin Kübranın adı ilə bağlı “Kübraviyyə” təriqətinə qoşulub. Beləliklə, onun dünyagörüşündə rasional fəlsəfi düşüncə ilə mənəvi-etik axtarışlar bir-birini tamamlayıb.

Yusif Qarabağinin elmi fəaliyyətinin ən parlaq dövrü Buxara ilə bağlıdır. Alim orada dövrün nüfuzlu elm və təhsil mühitinə daxil olub, fəlsəfə, məntiq və kəlam sahələrində dərs deyib, alim və tələbələr yetişdirib. Onun nüfuzu Buxara hökmdarı Bahadur xanın sarayına qədər çatıb. Mənbələrdə alimin hökmdarın yaxın məclislərində iştirak etdiyi və yüksək elmi nüfuz sahibi olduğu bildirilir. Yusif Qarabağinin Buxaradakı fəaliyyəti bununla məhdudlaşmayıb. Onun əsərləri və elmi fikirləri Orta Asiyanın müxtəlif elm və təhsil mərkəzlərində yayılıb. Tədqiqatlarda alimin əsərlərinin uzun müddət Orta Asiya mədrəsələrində dərs vəsaiti kimi istifadə edildiyi göstərilir.

Yusif Qarabaği müasirlərinin gözündə - alimlərin sultanı

Yusif Qarabağinin öz dövründəki elmi nüfuzunu anlamaq üçün onun müasirlərinin verdiyi qiymətlər xüsusi əhəmiyyət daşıyır. Xacə Seyid Şərif Raqim “Tarixi-Raqim” əsərində Yusif Qarabağini son dərəcə yüksək ifadələrlə xarakterizə edib. Raqimin təsvirinə görə, Yusif Qarabaği elmlər sahəsində müasirlərindən seçilən, xüsusilə fəlsəfə və nücum elmində öz dövrünün misilsiz alimlərindən biri olub. “Alimlərin sultanı, fazillərin sübutu olan Yusif Qarabaği mənalar misrində taxta əyləşmiş, bəlkə də üzüyünün qaşı altına tam fəzilət mülkünü almış, bilik taxt-tacında əzizlənib, elm səmasında 14 gecəlik ay kimi şəfəqlənmişdir”, – deyə əsərdə qeyd olunur. Bu qiymətləndirmə təsadüfi deyildi. Yusif Qarabaği fəlsəfə, məntiq, kəlam və digər elmlərlə yanaşı, astronomiya və nücum sahəsində də bilik sahibi olub. Onun çoxşaxəli elmi fəaliyyəti dövrün klassik Şərq alimi modelinə uyğun olaraq müxtəlif elm sahələrini bir-birindən ayrı deyil, qarşılıqlı əlaqədə öyrənməsinə əsaslanırdı. Xacə Seyid Şərif Raqim onu yalnız alim kimi deyil, həm də istedadlı şair kimi təqdim edib. Onun qəsidələrinin məzmun və bədii quruluş baxımından yüksək səviyyədə olduğunu vurğulayıb.

Yusif Qarabağinin poetik irsi XIX əsrdən etibarən azərbaycanlı alimlərin də diqqətini çəkib. Abbasqulu ağa Bakıxanov Yusif Qarabağini Azərbaycan ədəbiyyatı və elmi fikir tarixinin nümayəndəsi kimi xatırladıb.

Məhəmmədəli Tərbiyət “Danişməndani-Azərbaycan” əsərində Yusif Qarabağinin həyat və yaradıcılığı barədə məlumatları ümumiləşdirib, onun əsərləri və elmi fəaliyyəti haqqında mühüm faktlar təqdim edib. O, həmçinin alimin şairlik qabiliyyətinə diqqət çəkərək şeirlərindən nümunələr verib.

Tədqiqatçı Əhməd Əminzadə yalnız Özbəkistan Şərqşünaslıq İnstitutunda saxlanılan əlyazmalara əsaslanaraq alimin iyirmiyə yaxın əsərinin adını müəyyənləşdirib. O, əvvəlcə “Azərbaycan fəlsəfəsi tarixinə dair oçerklər” kollektiv əsərində filosof haqqında araşdırma aparıb, daha sonra “Azərbaycanda fəlsəfi və ictimai-siyasi fikir tarixindən” monoqrafiyasında Yusif Qarabağinin həyatına və fəlsəfi irsinə xüsusi fəsil həsr edib. Ə.Əminzadənin araşdırmalarında filosofun ontoloji, qnoseoloji və etik görüşləri geniş şəkildə təhlil olunub.

Türkiyəli tədqiqatçı Əbdürrəhim Gözəl isə Süleymaniyə kitabxanasında saxlanılan yeddi əlyazmasını qeyd edib.

Fəlsəfi irsi və elmi əsərləri

Yusif Qarabağinin əsərlərinin böyük hissəsi ərəb və fars dillərində qələmə alınıb. Filosofun yaradıcılığında ontologiya – varlıq haqqında təlim, qnoseologiya – idrak və bilik nəzəriyyəsi, etik məsələlər, məntiq və kəlam xüsusi yer tutur. “Yeddi bağ” və “Risalət əl-Xəlvətiyyə” əsərlərində insan, onun mənəvi dünyası, idrakı və əxlaqi mahiyyəti ilə bağlı düşüncələr sistemli şəkildə ifadə olunub. Həmçinin varlığın mahiyyəti, bilik və idrak məsələləri geniş şəkildə araşdırılıb. “Yeddi bağ” əsəri şərqşünas alim Məsiağa Məhəmmədi tərəfindən Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub.

Alimin yaradıcılığına məntiq və kəlam sahəsində yazılan əsərlər də daxildir. Ağa Hüseyn Xalxalinin yönəltdiyi tənqidlərə cavab olaraq Yusif Qarabağinin 1623-cü ildə Buxarada yazdığı “Tətimmətul-həvaşi fi izalətil-ğəvaşi” (“Qaranlıq məsələləri aradan qaldırmaq məqsədilə haşiyələrə əlavə”) əsəri elmi polemika ənənəsinin mühüm nümunələrindən biri hesab olunur.

Yusif Qarabağinin təsir dairəsinin genişliyini göstərən mühüm faktlardan biri onun əsərlərinin Orta Asiyanın təhsil sistemində uzun müddət istifadə edilməsidir. Çoxcildlik Azərbaycan və Özbəkistan tarixlərinə dair tədqiqatlarda alimin bir sıra fəlsəfi əsərlərinin Oktyabr çevrilişinə qədər Orta Asiya mədrəsələrində tədris edildiyi qeyd olunur. Akademik Həmid Araslı Yusif Qarabağini Orta Asiya xalqlarının mədəniyyətinə təsir göstərmiş Azərbaycan filosofu kimi xarakterizə edib. Bu baxımdan onun fəaliyyəti yalnız ayrı-ayrı əsərlərin yazılması ilə məhdudlaşmır. Qarabaği həm də elmi məktəb formalaşdıran, tələbələr yetişdirən və fəlsəfi düşüncənin yayılmasına xidmət edən alim kimi çıxış edib.

Yusif Qarabağinin əsərlərinin müxtəlif kitabxana və əlyazma fondlarında qorunması da onun irsinin geniş coğrafiyaya yayıldığını göstərir. Hazırda isə Yusif Qarabağinin “Haşiyə alə şərh əl-aqaid əl-adudiyyə” əsərinin onlarla nüsxəsi dünya kitabxanalarında, muzey və əlyazmalar xəzinələrində qorunub saxlanır. Belə ki, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu bu əsərin bir nüsxəsini aşkarlayıb. Əlyazma məcmuədir,“Haşiyə alə şərh əl-aqaid əl-adudiyyə” əsəri məcmuənin 9a-65b səhifələrini əhatə edir. Mətn qara mürəkkəblə əvvəli xırda nəsx, sonu iri nəsx xətti ilə Şərq istehsalı olan boz rəngli kağıza, şərti işarələr isə qara və qırmızı mürəkkəblə yazılıb. Vərəqlərin kənarlarında müxtəlif istiqamətlərdə şərhlər verilib. Əlyazmanın birinci səhifəsində kitabın keçmiş sahibləri haqqında katibin qeydləri var. Əsər Əbdülqəni Əfəndi Nuxəvinin kolleksiyasında mühafizə olunur.

Buxaradakı məzar – əsrləri birləşdirən yaddaş 

Yusif Qarabağinin ömrünün son illəri Buxara ilə bağlı olub. Mənbələrə görə, alim 1644-cü ildə vəfat edib və Buxara ətrafında dəfn olunub. Alimin məzarının bu gün də Buxarada olması Azərbaycan və Özbəkistan arasında əsrlər əvvəl formalaşan elmi-mədəni əlaqələri bir daha təsdiqləyir.

Alimin irsinə marağın yalnız tarixi araşdırmalarla məhdudlaşmadığı son günlər Buxarada keçirilən beynəlxalq elmi seminarla da təsdiqlənib.

Avqustun 25-də Buxara Dövlət Universitetinin təşkilatçılığı ilə Azərbaycan və Özbəkistan arasında elmi, mədəni və humanitar əlaqələrin inkişafına həsr olunmuş beynəlxalq elmi seminar keçirilib. İki ölkənin alimləri, tədqiqatçıları və elm-təhsil müəssisələrinin nümayəndələrinin iştirak etdiyi tədbirdə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun böyük elmi işçisi Fərahilə Babayeva-Şükürova “Yusif Məhəmmədcan oğlu Qarabağinin elmi və fəlsəfi irsi: Azərbaycan ilə Özbəkistan arasında ortaq intellektual miras” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə Qarabaği irsinin Azərbaycan fəlsəfi və elmi fikir tarixində yeri, Şərq fəlsəfi düşüncəsinin inkişafına təsiri və Azərbaycan–Özbəkistan arasında ortaq intellektual irsin əhəmiyyəti təhlil olunub. Xüsusi olaraq vurğulanıb ki, Yusif Qarabaği kimi mütəfəkkirlərin irsinin araşdırılması iki ölkənin ortaq tarixi və intellektual bağlarının daha dərindən öyrənilməsi üçün mühüm imkanlar yaradır. Eyni zamanda, onun əsərlərinin müasir elmi metodologiya əsasında tədqiqi və beynəlxalq elmi dövriyyəyə daxil edilməsi əhəmiyyətli istiqamətlərdən biri kimi qeyd olunub.

Beləliklə, Yusif Qarabağinin həyat və yaradıcılığı Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin yalnız müasir siyasi və iqtisadi əlaqələrdən ibarət olmadığını göstərən tarixi nümunələrdəndir. Bu gün Buxarada onun məzarının ziyarət olunması, adının elmi seminarlarda çəkilməsi və irsinin yenidən araşdırılması həmin tarixi bağların müasir dövrdə də uğurla inkişaf etdiyini göstərir.

Müəllif – Aytac Haqverdiyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zamira İsayeva: Təhsil Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır

Deputat: Laçın Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir

Klipdən başlayan sevgi: yeddi ildir domra ifa edən azərbaycanlı gənc

Çexiyada tarixi abidələrin bərpasına 42 milyon avroya yaxın vəsait ayrılacaq

“Meta” platformalarının gənclərə zərər vurması iddiasını 18 milyard dollara həll etməyə razılıq verib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Yeni sanitariya norma və qaydaları təsdiqlənib

Biləsuvarda yük avtomobili kanala aşıb

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

“Tvente”nin baş məşqçisi: “Qarabağ”a qalib gəlmək üçün futbolçular ən yaxşı formada olmalıdırlar

Rusiyalı sahibkar Alişer Usmanovdan

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub

Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni imkanlar yaradır – ŞƏRH

Zəhra Pezeşkiandan

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şəfiqə Tahirova: Ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun bacarıqları ilə ölçülməlidir

Mərkəzi Bankın nümayəndələri Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcəklər

Qarabağdan Buxaraya: əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü - Yusif Qarabaği irsi

Burhanettin Duran: Suriyanın gələcəyini yalnız xalqın iradəsi müəyyən etməlidir

Vəkillərin icbari təlimlərinin ikinci istiqaməti yekunlaşıb

AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq

“Hapoel”in qapıçısı: Liqa mərhələsinə yüksəlməyimizə cəmi 20 saniyə qalmışdı

Laçın Şəhəri Günü çərçivəsində nağıl-tamaşa nümayiş olunub

Qəhvəyi mərmər bağacığı ilə mübarizə məqsədilə 26 minə yaxın feromon tələ quraşdırılıb

Paris üçün kritik gün: “Fitch Ratings” Fransanın kredit reytinqini yenidən nəzərdən keçirir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb

Laçında aparılan quruculuq işləri Azərbaycanın sülhə və dinc inkişafa yönəlmiş siyasətinin göstəricisidir – ŞƏRH

® “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək II” layihəsi fəaliyyətini davam etdirir

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır

MDU tarixində rekord: tələbə qəbulu planı 98 faiz yerinə yetirilib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

İki dəfə uğursuz oldu, üçüncü cəhddə arzuladığı universitetə qəbul aldı - Dövlət Proqramının qalibi

AZAL uçuşlarda gecikmə və ləğv halları ilə bağlı sərnişinlərə müraciət edib

Rəqəmsal platformaların vergiyə cəlb olunması ədalətli rəqabətə imkan verəcək - RƏY

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Azərbaycanda mis konsentratı istehsalı 6 dəfədən çox artıb – QRAFİK

Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyevadan

“Nebesnaya qratsiya” Beynəlxalq İdmana Dəstək Assosiasiyasının prezidenti, Olimpiya çempionu Alina Kabayevadan

Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq

Ölkəyə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanıb

Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Kino Agentliyinin direktoru: Filmlərimizin beynəlxalq səviyyədə yayımı əsas istiqamətlərdəndir

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostindən

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Şahzadə Harri və Meqan bu gün Böyük Britaniyaya qayıdırlar

Şamaxıda vətəndaşların müraciətləri dinləniləcək

Bu il BMU-nun qəbul planı ilkin olaraq 98,3 faiz dolub

Sentyabrdakı hərraclarda 82 avtomobil və gəmi satışa çıxarılacaq

Aslan Kərimov: “Sabah” mükəmməl iş görərək, hər mərhələdə inkişaf etməyi bacardı

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

ADNSU və Özbəkistanın ali təhsil müəssisələri: ikili diplom və tələbə mübadiləsi

Azərbaycan–Özbəkistan aqrar əməkdaşlığı: təcrübədən strateji tərəfdaşlığa – ŞƏRH

® Maliyyə ehtiyaclarınız üçün “AccessBank”dan 50 min manatadək nağd kredit

Yulia Çimen: Azərbaycan-Türkiyə startap və vençur kapitalı əməkdaşlığında yeni mərhələ başlayır - MÜSAHİBƏ

Xüsusi nümayəndə: Laçının Buxara şəhəri ilə qardaşlaşmasına dair sazişin imzalanması mühüm hadisədir

Türkiyənin universitetlərində bəzi ixtisaslar üzrə tələbə çatışmazlığı yaranıb

Məsim Məmmədov: Laçın Beynəlxalq Film Festivalının ənənəvi xarakter almasına nail olmağı planlaşdırırıq

Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb

“Mançester Siti” 19 yaşlı mərakeşli futbolçunu 100 milyon avroya transfer edib

“ADEX”də yeni rekord: Sərgi üçün ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilir

® İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır

Sabahdan X sinif şagirdlərinin elektron yerdəyişmə prosesinə başlanılır

Özbəkistan Peşəkar Futbol Liqası “Sabah”ı tarixi uğur münasibətilə təbrik edib

Paytaxtda daha 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Nigar Axundova: Sürəyya Ağaoğlu öz dövrünün görkəmli qadını olub və bu gün də belə olaraq qalır - MÜSAHİBƏ

Səfir: İmzalanan müqavilələr Özbəkistan-Azərbaycan müttəfiqliyinin inkişafını əks etdirir

Azərbaycan Voleybol Federasiyası ilə CEV arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Almaniyanın Maqdeburq şəhərində miqrant sahibkarlar irqçiliyə etiraz olaraq mağazalarını bağlayıblar

Bəyimxanım Vəliyeva: Azərbaycan muğamı ölkəmizi beynəlxalq aləmdə tanıdan ən qiymətli sənət incilərindəndir

Süni intellekt Azərbaycan bizneslərinin xarici bazarlara çıxışını əhəmiyyətli dərəcədə asanlaşdıra bilər - ŞƏRH

AMADA-nın icraçı direktoru: Təmiz idman sahəsində Azərbaycan-Özbəkistan əməkdaşlığının əhəmiyyəti yaxın illərdə daha da artacaq

“Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub

Fransa maliyyə böhranı riski ilə üz-üzədir: bu təhlükə hər gün artır

Qaraçöpdən Avropaya uzanan uğur yolu: Zülfüqar Xubanov

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO

Yerli turizm sənayesi nümayəndələri Qarabağ və Şərqi Zəngəzura tanışlıq səfəri ediblər

Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq – PROQNOZ

Qayıdan xatirələr... VİDEO

Qayıdan xatirələr... VİDEO

İngiltərənin nağılvari kəndləri: Kotsvoldsa səyahət - REPORTAJ

ABŞ Cənubi Koreya və Yaponiya ilə birgə hərbi təlimlərə hazırlaşır

Özbəkistan tək səyahət etmək üçün ən yaxşı 5 ölkə sırasına daxil olub

Qurban Qurbanov: Rəqiblər artıq Azərbaycan klublarından çəkinməyə başlayırlar VİDEO

Qurban Qurbanov: Rəqiblər artıq Azərbaycan klublarından çəkinməyə başlayırlar VİDEO

MDU-da müəllim olmaq arzusu ilə yüksək bal toplayan tələbə ilə görüş olub

Türkiyədəki Side antik şəhərində 390 metrlik qədim küçə üzə çıxarılıb

Fransada yarım ildə 33 mindən çox sahibkar fəaliyyətini itirib

Çin xaricdə qanun pozuntusuna yol vermiş vətəndaşların ölkədən çıxış qaydalarını sərtləşdirəcək

Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur YENİLƏNİB VİDEO

Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur YENİLƏNİB VİDEO

“Sabah”ın polşalı futbolçusu: Mikelsin qolundan sonra dəli kimi ağlamağa başladım

Pakistan səfiri: Yaxın zamanda Azərbaycanla enerji sektorunda əməkdaşlığın inkişafı ilə bağlı xoş xəbərlər eşidəcəyik

Laçın bu gün Azərbaycanın yeni inkişaf salnaməsinin parlaq səhifələrindən birinə çevrilib ŞƏRH