“ADA” Universiteti professorunun münaqişələrin hüquqi təhlili ilə bağlı kitabı çap edilib
Bakı, 14 avqust (AZƏRTAC). “ADA” Universitetinin siyasi elmlər üzrə professoru Kavus Abuşovun elmi redaktoru olduğu “Beynəlxalq hüquqda öz müqəddəratını təyin etmə və sesessiya” adlı kitab nüfuzlu Oksford Universiteti Nəşriyyatı tərəfindən çap edilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kitabın məqsədi xüsusilə son dövrlərdə beynəlxalq münasibətlərdə baş verən sesessiya münaqişələri kontekstində öz müqəddəratını təyinetmə və sesessiya hüququna yenidən nəzər salmaqdır. Kitabda xüsusi olaraq postsovet məkanındakı sesessiya münaqişələrinin hüquqi təhlili verilib, o cümlədən öz müqəddəratını təyinetmə hüququnun qiymətləndirilməsi bütün fəsillərdə bu münaqişələrə istinad edərək aparılıb.
Kitab ilkin mərhələdə “ADA” Universiteti və Münhen Universitetinin Beynəlxalq hüquq kafedrası arasında tədqiqat layihəsi olaraq başlanıb. Bununla bağlı mövzu ilə əlaqədar 15 müəllifin iştirakı ilə konfrans da təşkil edilib. Birgə layihənin ilkin məqsədlərindən biri postsovet məkanında separatizmin hüquqiliyini aydınlaşdırmaq, separatizm və öz müqəddəratını təyinetmə arasında münasibətlərin araşdırılması olub. Araşdırma ABŞ və Avropanın müxtəlif universitetlərini təmsil edən 15-ə qədər müəllifi bir araya gətirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]