“ADAU-80” qarğıdalı sortundan yüksək məhsuldarlıq əldə olunub
Gəncə, 12 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tədris-təcrübə təsərrüfatında "Taxıl və paxlalı bitkilər" sahəvi laboratoriyasının əməkdaşları tərəfindən alınan "ADAU-80" qarğıdalı sortunun kövşənlik əkinlərdə səpini aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyul ayının sonunda səpin aparılan sahədə məhsuldarlıq yüksək səviyyədə olub. Belə ki, 10 hektar sahənin demək olar, hamısında qıcalar əmələ gəlib, dən formalaşmağa başlayıb. Sahəyə baxış keçirən alimlər tədqiqatı yüksək qiymətləndiriblər.
Gələcəkdə bu cür işlərin daha da genişləndirilməsi tövsiyə olunub.