Azərbaycan Dövlət İnformasiya Agentliyi

Adil Əliyev: “Xocalıya ədalət!” kampaniyası ermənilərin çoxillik dezinformasiya fəaliyyətinə sarsıdıcı zərbə endirib

Adil Əliyev: “Xocalıya ədalət!” kampaniyası ermənilərin çoxillik dezinformasiya fəaliyyətinə sarsıdıcı zərbə endirib

Bakı, 24 fevral, AZƏRTAC

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində misilsiz Zəfərdən sonra biz azərbaycanlılar xalqımızın tarixindəki bir çox hadisə və faciələrə, o cümlədən və xüsusən də Xocalı soyqırımına yeni nəzərlə baxırıq. Bu faciələr bizim üçün yeni çalarlar kəsb edib və onlara baxış bucağımız yenilənib. 44 günlük Vətən müharibəsinədək Xocalı soyqırımı bizim üçün düşmən tərəfindən amansızlıqla törədilmiş qətliam və köməksiz qadın, uşaq və qocaların qətlə yetirilməsi, zülmə və ədalətsizliyə məruz qalmağımız demək idi. Amma böyük Zəfərimizdən sonra Xocalı soyqırımı təkcə xalqımızın başına gətirilmiş müsibət yox, həm də qələbəmizə gedən yolda xalqımızın düşmənə qarşı nümayiş etdirdiyi qorxmazlıq, barışmazlıq və toparlana bilmək səhifəsi anlamına gəlir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev söyləyib.

A.Əliyevin sözlərinə görə, Ermənistanın keçmiş prezidenti və Ermənistan-Azərbaycan münaqişəsinin ən qanlı cinayəti hesab edilən Xocalı soyqırımının əsas təşkilatçılarından olan Serj Sarkisyan məşhur müsahibəsində açıq şəkildə etiraf edir ki, bu cinayəti törətməkdə əsas məqsəd azərbaycanlıları, məhz mülki əhalini, silahsız, dinc insanları qorxutmaq olub. Ermənistan tərəfi Xocalıda soyqırımı törətdi, amma həmin məqsədinə nail ola bilmədi və buna görə də strateji baxımdan məğlub oldu.

Birincisi ona görə ki, Xocalı soyqırımının törədilməsi azərbaycanlıları nəinki qorxutmadı, əksinə, cəbhəyə getmək üçün yeni könüllülər dalğası yaratdı. O zaman çoxlu sayda gənclərimiz Xocalıda qətlə yetirilmiş uşaqların, qadınların və qocaların intiqamını almaq üçün könüllü olaraq cəbhəyə yollandılar. Amma o başqa bir mövzudur ki, həmin dönəmdə vahid komandanlığın olmaması, ölkədə hökm sürən siyasi hərc-mərclik və rəhbərliyin səriştəsizliyi ucbatından Vətən yolunda canını fəda edən çoxlu gənclərimizin olmasına baxmayaraq, düşmən qarşısında məğlub duruma düşməli və yeni faciələrlə üz-üzə qalmalı olmuşduq.

İkincisi və ən önəmlisi isə odur ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız böyük Zəfər Ermənistanı hər cəhətdən çökdürdü, Azərbaycan xalqının Xocalı soyqırımından sonra nəinki sınmadığını, hətta daha güclü şəkildə toparlandığını göstərdi.

Xocalı soyqırımı ədalətsizlik, Zəfərimiz isə ədalətin bərpasıdır. Amma biz mülki insanlardan qisas almadıq, ədaləti ləyaqətlə bərpa etdik. Vətən müharibəsində Azərbaycan Ordusunun qarşı tərəfdəki dinc əhaliyə münasibətdə ləyaqətli davranışı və düşmən hərbçilərlə müharibə qaydalarına uyğun rəftarı Xocalı soyqırımını törədən Ermənistanın mənəvi acizliyini bir daha ortaya qoydu, Azərbaycanın isə mənəvi-psixoloji qüdrətini, humanizmə, ləyaqətə və ümumbəşəri dəyərlərə sədaqətini praktiki olaraq təsdiq etdi. Xocalı soyqırımı Azərbaycan xalqının strateji səbrinin sınağı idi və xalqımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə bu sınaqdan üzüağ çıxdı.

Xocalı faciəsi tarixdə Azərbaycan xalqının şuruna və kimliyinə ən çox təsir etmiş hadisələrdəndir. 30 il ərzində bu faciə haqqında çox yazılmış və danışılmışdır. Amma yenə də hadisənin daha dərindən bəhs və tədqiq edilməli, daha çox diqqət ayrılmalı aspektləri qalır. Bu, xüsusən dezinformasiya və yalan informasiyalar fonunda aktuallıq kəsb edir. Baxmayaraq ki, dezinformasiya və yalan xəbərlər dünyada daha çox internetin və sosial şəbəkələrin yaranması ilə aktuallaşıb, Azərbaycana qarşı dezinformasiya kampaniyalarının tarixi daha əvvələ gedir. Xocalı soyqırımı ətrafında Ermənistan və onun beynəlxalq havadarları tərəfindən aparılan dezinformasiya və manipulyasiya əməlləri bunu açıq şəkildə göstərir. Belə əməlləri sübut edən bir neçə məqama diqqət edək.

Bu mövzuda Ermənistanın və onu dəstəkləyənlərin Xocalı qırğınını 1988-ci ilin Sumqayıt hadisələri ilə əlaqələndirmək cəhdləri xüsusi qeyd edilməlidir. Serj Sarkisyan müsahibəsində Xocalıda törədilən vəhşilikləri “Bakı və Sumqayıtdan olan erməni oğlanların” adına yazmaqla həm hadisənin mahiyyətini təhrif edir, həm də dinc əhaliyə qarşı törədilmiş qəddar cinayətin miqyasını kiçiltmək üçün cılız cəhd göstərir. Lakin 613 nəfərin qətlə yetirildiyi bir dəhşətin miqyasını kiçiltmək mümkün deyildir. Təkcə onu demək kifayətdir ki, faciədən 2-3 gün sonra, martın 1-də 366-cı alayın ərazidən çıxarılmasına başlanmış və 10 gün sonra alay, ümumiyyətlə ləğv edilmişdir. Səbəb sadədir. Heç bir dövlət, heç kəs özünün bu dəhşətli, böyük miqyaslı qətliamla əlaqələndirilməsini, adının hallanmasını istəmirdi. 366-cı alaydan söz düşmüşkən bir sual doğuran məqamı daim diqqətdə saxlamalıyıq. 366-cı alayın Qorbaçov hakimiyyətə gəldikdən sonra Şəmkirdən Xankəndinə köçürülməsi və məhz Xankəndi-Şuşa yolu üzərində yerləşdirilməsi o dövrün heç bir hərbi-strateji məntiqinə və meyarlarına nəinki uyğun gəlmir, hətta ziddir. Hərbi ekspertlər də bu müəmmanın səbəbini izah etməkdə hələ də çətinlik çəkirlər.

Beləliklə, erməni dezinformasiya maşını bir tərəfdən Xocalı soyqırımını ört-basdır etməyə, digər tərəfdən isə Sumqayıt hadisələrinin təhrif olunmuş variantını qabartmağa çalışır. Bu məsələdə erməni lobbisi və müxtəlif təşkilatlar və şəxslər də Ermənistana ciddi dəstək verir. Misal üçün elə Sarkisyanla həmin müsahibəni aparmış Tomas de Vaal deyir ki, o, Xocalı haqqında mətbuata şərh və ya müsahibə vermək istəmir. Bu mövqeyini onunla izah edir ki, Xocalıya təkcə bir hadisə kimi baxılmamalı, digər hadisə və proseslərlə kontekstləşdirilməlidir. Sadə dildə desək, Tomas de Vaal da Xocalını təhrif edərək onu hansısa hadisələrin uydurulmuş və ya təhrif edilmiş versiyasına cavab olaraq nəzərdən keçirilməsini təlqin edir.

“Xocalı soyqırımının təhrif edilməsi və dezinformasiya işinin aparılması onun beynəlxalq səviyyədə tanınmasına əngəl törətməyə xidmət edir. Buna baxmayaraq, Azərbaycan Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması ilə bağlı ciddi iş aparır və artıq əhəmiyyətli nəticələr də əldə olunub. ABŞ-da 30-dan artıq ştatın parlamenti və qubernatorları, Çexiya, Sloveniya, Şotlandiya kimi Avropa ölkələrinin parlamentləri, digər dövlətlərin qanunverici orqanları Xocalı soyqırımına dair qətnamələr, bir sıra beynəlxalq təşkilatlar sənədlər qəbul ediblər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyası Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınmasında son dərəcə mühüm rol oynayıb, Ermənistan tərəfinin yuxarıda qeyd edilən çoxillik dezinformasiya və təhrif fəaliyyətinə sarsıdıcı zərbə endirib”, - deyə o bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyunu başlayıb

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə

Azərbaycandakı dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət ediblər

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Batumidə şəhidlərin xatirəsi anılıb

Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

Şəhid pilot Abbas Qasımovun anası: Mən bir oğul itirmədim, 30 illik dostumu, sirdaşımı itirdim

Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub VİDEO

Nyu-York şəhərində on minlərlə insan fırtına səbəbindən elektriksiz qalıb

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Yalçın Rəfiyev: Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb