ADNSU-nun startapları beynəlxalq sərgilərdə maraqla qarşılanıb
Bakı, 14 may, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin iki startap layihəsi XXX Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” və XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgilərində ziyarətçilərə təqdim olunur.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Layihələrdən biri – “Healwith” startapı süni intellekt vasitəsilə xəstə bitkilərin şəkli əsasında diaqnoz qoyur və onların müalicəsi ilə bağlı tövsiyələr verir. “Vecta” isə torpaqda baş verən dəyişiklikləri real vaxtda izləməklə, qida elementlərinin çatışmazlığını müəyyənləşdirməyə imkan yaradır.
Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını, həmçinin açıq sahəsini əhatə edən və mayın 16-da başa çatacaq “InterFood Azerbaijan” və “Caspian Agro” sərgilərində 31 ölkədən 450 şirkət iştirak edir. İştirakçı və ziyarətçilərin istəkləri nəzərə alınaraq, bu il sərgilər 4 gün davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:20]
Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub
- 12.06.2026 [18:04]
Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir
- 12.06.2026 [17:44]
Regionun aparıcı ali təhsil ocağı: BDU yeni məzunlarını yola salır
- 12.06.2026 [17:20]