ADSEA Ramazan bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Bakı, 9 aprel, AZƏRTAC
Ramazan bayramı ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, qeyri-iş günlərində mərkəzi idarə aparatında, regional, yerli sukanal idarələri və sahələrində 24 saatlıq növbətçilik təmin olunacaq.
Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək, qəza xidmətləri fasiləsiz fəaliyyət göstərəcək. Bayram günlərində hidrotexniki qurğularda, anbarlarda və magistral xətlərdə hər hansı planlı təmir-bərpa, qoşulma və profilaktik işlər aparılmayacaq.
“İstehlakçılardan xahiş olunur ki, içməli su təchizatı və kanalizasiya xidmətlərində yarana biləcək problemlərlə əlaqədar 955 - Zəng mərkəzinə müraciət etsinlər”, - deyə məlumatda bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:43]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:00]