Aerobika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı keçiriləcək
Bakı, 31 may, AZƏRTAC
Azərbaycan Gimnastika Federasiyası (AGF) milli yarışlar mövsümünü aerobika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı ilə davam etdirir.
AZƏRTAC AGF-yə istinadla xəbər verir ki, iyunun 2-3-də Bakı Olimpiya İdman Kompleksində keçiriləcək yarışda “Ocaq Sport” klubu, “Grasiya” və “Sumqayıt OİK”dən 100-dək gimnast medallar uğrunda mübarizə aparacaq.
İdmançılar Azərbaycan birinciliyində balacalar (2015-2016-cı il), uşaqlar (2012-2014-cü il), yeniyetmələr (2009-2011-ci il) və gənclər (2006-2008-ci il il), Bakı çempionatında isə uşaqlar (2012-2014-cü il), yeniyetmələr (2009-2011-ci il), gənclər (2006-2008-ci il il) və böyüklər yaş kateqoriyasında (2005-ci il və daha böyük) mübarizə aparacaqlar.
Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq fərdi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]