Afaq Məsudun “Azadlıq” romanı Bosniya və Herseqovinada ingilis dilində işıq üzü görüb
Sarayevo, 29 dekabr, AZƏRTAC
Ölkəmizin Bosniya və Herseqovinadakı səfirliyinin təşəbbüsü ilə Xalq yazıçısı, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri Afaq Məsudun oxucular arasında geniş maraq doğuran “Azadlıq” romanı ingilis dilində nəşr olunub.
AZƏRTAC xəbər verir ki, Sarayevodakı “Yesari Group” nəşriyyat evində çapdan çıxan irihəcmli kitaba “Azadlıq” romanı ilə yanaşı, yazıçının “Ölüm qapısında”, “İkinci katib Veysman”, “Alman kilsəsi”, “Generalın ölümü”, “Dahi”, “Papa II İohann Pavel” və başqa hekayələri də daxil edilib. Əsərləri ingilis dilinə Anna Tompson-Əhmədova tərcümə edib.
Qeyd edək ki, ümumbəşəri mündəricəsi ilə seçilən “Azadlıq” romanı bir sıra digər Avropa ölkələrində də işıq üzü görüb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:40]
Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub
- 08.10.2026 [17:01]
Cəbrayılda mina partlayıb, 1 nəfər xəsarət alıb
- 08.10.2026 [16:14]
Səyyar ASAN xidmət İsmayıllıda
- 08.10.2026 [15:15]