AFFA-nın təşkilatçılığı ilə Tbilisidə UEFA A kursunun birinci modulu başlayıb
Bakı, 28 oktyabr, AZƏRTAC
Tbilisidə UEFA A kursunun birinci modulu başlayıb.
AZƏRTAC xəbər verir ki, AFFA tərəfindən təşkil olunan və noyabrın 1-dək davam edəcək modulun bu mərhələsində iştirakçılar Tbilisidə keçirilən 17 yaşadək futbolçulardan ibarət komandaların Avropa çempionatının seçmə mərhələsinin üçüncü qrupunun oyunlarını izləyib, matçların analizi və təhlilini aparırlar.
Modul Aslan Kərimov, Osman Rəhimov, Zamir Həsənov və İlham Əzizzadə tərəfindən keçirilir.