AFFA PREZİDENTİ VƏZİFƏSİNƏ SEÇKİLƏR MARTIN 14-DƏ KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, bu haqda qərar yanvarın 29-da AFFA İcraiyyə Komitəsinin iclasında qəbul olunmuşdur.
Qurumun iclası daha bir neçə əlamətdar qərarla yadda qalmışdır. Belə ki, indiyə qədər 17 yaşlılardan ibarət yığma komandasını çalışdırmış Yaşar Vahabzadə, eyni zamanda 19 yaşlı futbolçulardan ibarət millinin də baş məşqçisi təyin edilmişdir.
Bundan əlavə AFFA-da Futbol Tarixi və Statistikası muzeyinin yaradılması qərara alınmışdır. Yeni yaranacaq muzeyin direktoru Abbas Əzimov olacaqdır.
İclasda, həmçinin veteran futbolçuların statusu haqqında əsasnamənin hazırlanması, AFFA-nın Nizam-intizam Komitəsinə yeni üzv seçilməsi haqqında qərarlar qəbul olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]