AFİNA VƏ MOSKVA OLİMPİADA ZAMANI QAYDA-QANUNUN QORUNMASINDA ƏMƏKDAŞLIQ EDƏCƏK
AZƏRTAC-ın xüsusi müxbiri Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Rusiya və Yunanıstan hüquq mühafizə orqanları Afina Olimpiadasında qarşılıqlı fəaliyyət barədə razılığa gəlmişlər. Tərəflər Olimpiadada təhlükəsizliyin təmin olunması, beynəlxalq terrorizmlə mübarizə və İnterpol kanalları ilə məlumat mübadiləsi məsələlərini müzakirə etmişlər.