Ağalı sakini: Doğma kəndimizdə səsvermədə iştirak edəcəyim üçün çox xoşbəxtəm
Zəngilan, 16 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
İşğaldan azad edilən kəndimizdə ərazi bütövlüyü bərpa olunan bütöv Azərbaycanın vətəndaşı kimi seçkidə iştirak etmək insana qürurverici hisslər yaşadır.
Bunu Zəngilanın Ağalı kəndinin sakini Vüqar Kərimli AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib.
Azad olunan ərazilərdə ilk dəfədir prezident seçkilərinin keçiriləcəyini xatırladan Ağalı sakini deyib: “30 il yurd həsrəti ilə yaşadıq, doğma elimizdən uzaq düşdük. Amma indi qalib ölkənin qalib vətəndaşları olaraq doğma yurdumuzdayıq və tarixi günləri, bayram günlərini öz kəndimizdə qarşılayırıq. Məcburi köçkün olduğumuz dövrlərdə də seçkilərdə, səsvermədə iştirak etmişik. Amma o zaman məcburi köçkün idik, hər kəs məskunlaşdığı ərazidə səs verirdi. İnanırdım ki, gün gələcək bu seçkilər işğaldan azad olunan yurd yerlərimizdə də keçiriləcək. İndi arzum gerçək olub. Mən də digər Ağalı sakinləri kimi, doğma kəndimizdə səsvermədə iştirak edəcəyim üçün çox xoşbəxtəm. Bizlərə bu tarixi günləri nəsib edən şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə isə şəfa arzulayıram”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [16:26]
Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb
- 09.10.2026 [15:57]
Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb
- 09.10.2026 [15:53]
Səyyar Gənclər Xidməti Kürdəmir gəncləri üçün fəaliyyət göstərib
- 09.10.2026 [15:32]
Arıçı Ağadadaş Abbasov: Bu peşədə hər fəslin özünəməxsus çətinliyi var
- 09.10.2026 [14:38]
Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir VİDEO
- 09.10.2026 [14:11]
İsraildən olan turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər
- 09.10.2026 [13:54]