“AGBank” və “Rabitəbank” kredit əməliyyatlarının aparılması prosesində elektron arayışların tətbiqinə başlayıb
Bakı, 28 yanvar, AZƏRTAC
"AGBank", "Rabitabank"ASC “Elektron hökumət” (e-gov.az) portalı vasitəsilə elektron arayışların verilməsinə başlayıb. Layihə banka müraciət edən vətəndaşların şəxsi məlumatlarını vermələri üçün reallaşdırılır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a bildirilib ki, xidmətdən istifadə etmək "Vətəndaşların şəxsi məlumatları haqqında elektron arayış" bölməsinin köməyi ilə istifadə etmək mümkündür. Vətəndaşlar "Elektron hökumət" portalında qeydiyyatdan keçib onu banka göndərməklə özləri haqqında şəxsi məlumatı müstəqil şəkildə formalaşdıra biləcəklər. Elektron arayış hüquqi qüvvəyə malik olacaq və kredit verilməsi üçün sənədlərin bank tərəfindən rəsmiləşdirməsi prosedurunu sadələşdirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]