Ağcabədi sakinindən 10 kiloqramdan çox qurudulmuş marixuana götürülüb
Ağcabədi, 25 fevral, AZƏRTAC
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotikləri qanunsuz olaraq əldə edib saxlamaqda şübhəli bilinən şəxsin aşkar edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotikləri qanunsuz olaraq əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Bəxtiyar Səfərov tutularaq Polis Şöbəsinə gətirilib. Davam etdirilən araşdırmalarla B.Səfərovun evinə baxış keçirilən zaman zirzəmidə gizlətdiyi 10 kiloqram 400 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirlir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:06]
Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO
- 06.10.2026 [13:42]
Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir
- 06.10.2026 [13:14]
Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər
- 06.10.2026 [13:01]
Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO
- 06.10.2026 [10:34]
Laçında daha üç su elektrik stansiyası tikilir VİDEO
- 05.10.2026 [23:06]