Azərbaycan Dövlət İnformasiya Agentliyi

AĞDAM OLİMPİYA İDMAN KOMPLEKSİNİN AÇILIŞ MƏRASİMİ

AĞDAM OLİMPİYA İDMAN KOMPLEKSİNİN AÇILIŞ MƏRASİMİ

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 17-də Ağdam rayonunun Quzanlı qəsəbəsində Olimpiya İdman Kompleksinin təntənəli açılış mərasimində iştirak etmişdir. Mərasimə toplaşan idmançılar, inşaatçılar və yerli sakinlər dövlət başçısını və xanımını böyük hörmət və ehtiramla, gül-çiçəklə qarşıladılar.

Prezident İlham Əliyev idmançılar və inşaatçılarla görüşdü, sonra Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən qırmızı lenti kəsdi.

Kompleksin tikintisinə 2006-cı ilin yazında başlanmış, dövlətimizin başçısı təməlqoyma mərasimində iştirak etmişdi. Dövlət Neft Fondunun vəsaiti hesabına tikilmiş və üç hektar ərazisi olan kompleksin ikimərtəbəli binasında 500 yerlik tribunaları olan idman salonu, habelə kiçik idman salonu, trenajor, məşq salonları, beynəlxalq standartlara uyğun, 2 min yerlik tribunaları olan futbol meydançası, voleybol və basketbol meydançaları, 30 nəfərlik mehmanxanası vardır. Tikinti işlərində hər ay 100 nəfər çalışmışdır.

Prezident İlham Əliyev komplekslə tanış oldu, burada yaradılan şəraitlə maraqlandı.

Olimpiya kompleksinin açılışına həsr olunmuş mərasim Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlandı.

X X X

Mərasimi açan Ağdam Rayon İcra Hakimiyyətinin başçısı HƏSƏN SARIYEV rayonun işğal altında olmayan ərazilərində aparılan yenidənqurma və sosial-iqtisadi inkişaf barədə məlumat verdi:

- Möhtərəm cənab Prezident, ikinci dəfədir ki, dövlət başçısı kimi Siz ağdamlıların görüşünə gəlirsiniz. İcazə verin, Sizə Ağdamın bütün sakinlərinin salamlarını çatdırım.

Sizin bilavasitə rəhbərliyiniz və tapşırığınız əsasında ardıcıl olaraq həyata keçirilən və məcburi köçkünlərin sosial problemlərinin, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönələn tədbirləri hər bir ağdamlı öz üzərində hiss edir və buna görə Sizə minnətdardır. 2006-cı ildə rayonumuzda olarkən dediyiniz “Ağdam rayonunun inkişafı xüsusi diqqət tələb edir” sözləri ağdamlılara olan diqqətinizin bariz nümunəsi idi.

Məlumat verirəm ki, ötən müddət ərzində rayonda 3800 ailə üçün 12 qəsəbə salınmış, 2234 yerlik 16 məktəb binası, 9 səhiyyə obyekti, mərkəzi poçt binası və 6 poçt şöbəsi, 5 uşaq bağçası inşa edilmiş, 20-dən çox sosial obyekt tikilib istifadəyə verilmişdir. Bundan başqa, 16 kilometr uzunluğunda asfalt yol salınmış, 26 kilometr yol təmir edilmiş, səkilərə 8 min kvadratmetr üzlük plitə döşənmişdir.

İqtisadiyyatın bütün sahələrində nailiyyətlər əldə edilmişdir. 2003-cü illə müqayisədə 2007-ci ildə ümumi məhsul istehsalının həcmi 4,3 dəfə, o cümlədən kənd təsərrüfatı məhsulları istehsalı 3,2 dəfə, tikinti işlərinin həcmi 29 dəfə artmışdır. 4527 yeni iş yeri açılmışdır ki, bunun da 1609-u daimi iş yeridir. Bu da Sizin ağdamlılara olan qayğınızın təzahürüdür.

Möhtərəm cənab Prezident,

Sizin rəhbərliyiniz altında Ağdamın inkişafı üçün bu gün də ardıcıl tədbirlər həyata keçirilir. Quzanlı kəndinə qəsəbə statusunun verilməsi, onun abadlaşdırılmasına Sizin tapırığınızla 500 min manat vəsaitin ayrılması, müasir Olimpiya İdman Kompleksinin tikintisi bunun bariz nümunəsidir. Buna görə ağdamlılar Sizə minnətdardır.

Həsən Sarıyev dövlətimizin başçısının xüsusi qayğısı nəticəsində Quzanlı qəsəbəsinin daha da inkişaf edəcəyini və Qarabağın dilbər guşələrindən birinə çevriləcəyini vurğuladı. O, daha sonra dedi:

-Möhtərəm cənab Prezident, qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət proqramına əlavələr edilməsi haqqında 2007-ci il 31 oktyabr tarixli Sərəncamınıza uyğun olaraq, Ağdamda 1583 nəfərlik yeni qəsəbənin salınması, 75 çarpayılıq mərkəzi xəstəxananın, 50 çarpayılıq uşaq xəstəxanasının, 3 yeni orta məktəb binasının tikintisi, 2 məktəbin əsaslı təmir olunması, 80 subartezian quyusunun qazılması, qəsəbəyə və ətraf kəndlərə qaz xəttinin çəkilməsi, kəndarası yolların əsaslı təmir edilməsi və s. tədbirlərin nəzərdə tutulması bütün ağdamlıların sevincinə səbəb olmuşdur. Bu yüksək qayğıya görə bir daha Sizə rayonumuzun bütün sakinlərinin təşəkkürünü və minnətdarlığını çatdırıram.

Möhtərəm cənab Prezident!

Bu gün Ağdam rayonu öz normal həyat tərzini yaşayır. Yüksək diqqətinizə çatdırmaq istəyirəm ki, ağdamlılar Sizin qayğınız nəticəsində öz doğma yurdlarına qayıdır, atəşkəs rejiminin tez-tez pozulmasına baxmayaraq, düşmənlə üzbəüz dayanaraq, heç bir qorxu hiss etmədən yaşayır, qurub-yaradırlar. Əgər 10 il əvvəl Ağdam rayonunun işğal olunmamış ərazilərində 15 min əhali yaşayırdısa, bu gün onların sayı 90 min nəfərə yaxındır. Bütün bunlar Sizin Ağdam rayonunun inkişafına göstərdiyiniz yüksək diqqətin nəticəsidir. Təsadüfi deyil ki, ağdamlılar bu inkişafı daha çox hiss edirlər. Təkcə son iki ildə 40 minə yaxın adam öz doğma yurduna qayıtmışdır. Sizin tapşırığınızla əhalinin elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq üçün qəsəbədə 16 meqavat gücündə iki yardımçı stansiya quraşdırılmış və bununla da ağdamlıların elektrik enerjisi problemi tamamilə həll edilmişdir.

Bu gün sakinlərimiz davamlı olaraq 24 saat elektrik enejisi ilə təmin olunur və buna görə də Sizə minnətdardırlar. Eyni zamanda, Sizin tapşırığınızla Quzanlıya və ətraf kəndlərə təbii qazın verilməsi üçün hazırda layihələndirmə işləri gedir. Bu işlərin cari ildə başa çatdırılması nəzərdə tutulubdur. Təbii ki, Ağdam rayonunun inkişafında baş verən müsbət dəyişiklikləri mənfur qonşularımız da görür və bunun nə demək olduğunu aydın hiss edirlər. Bütün bunlar onu göstərir ki, ulu öndərimizin siyasi xətti bu gün də həyata keçirilir. Vətəndaşlarımız aparılan məqsədyönlü siyasətə inanır və dərk edirlər ki, dövlətimiz xalqımızın inandığı və arxalandığı rəhbərliyi tərəfindən məharətlə idarə olunur.

Möhtərəm cənab Prezident,

Ulu öndərimizin zəngin irsinin öyrənilməsi və təbliği, onun Azərbaycanın tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyətinin gələcək nəsillərə çatdırılması istiqamətində YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır. Eyni zamanda, onun Azərbaycan mədəniyyətinin, təhsilinin, səhiyyəsinin inkişafına, dünya azərbaycanlılarının birliyinə yönələn fəaliyyəti ağdamlılar tərəfindən də böyük rəğbətlə qarşılanır.

İcra hakimiyyətinin başçısı Prezident İlham Əliyevin daxili və xarici siyasətini ürəkdən bəyəndiklərini xatırladaraq, qarşıdakı prezident seçkilərində ona səs verəcəklərinə əminliyini söylədi:

-Möhtərəm cənab Prezident,

2008-ci ilin şaxtalı qış günlərində Sizin ilk səfərinizdə Ağdama gəlməyiniz ağdamlıların ürəklərini isindirir. Bizim bu günümüz də, sabahımız da Sizinlə bağlıdır. Bütün Azərbaycan xalqı kimi, ağdamlılar da Sizi dərin məhəbbətlə sevirlər. Bu seçki ilində biz bəyan edirik ki, bütün ağdamlılar bu yüksəlişi, bu inkişafı, bu firavanlığı bizə bəxş edən Sizi ürəkdən dəstəkləyir və özlərinin daimi əbədi Prezidenti hesab edirlər.

Cənab Prezident, bütün ağdamlıların istəyi, ürək sözləri odur ki, Siz bizim əbədi Prezidentimiz, iftixarımızsınız və bununla hamımız fəxr edirik.

Yunan-roma güləşi üzrə Azərbaycan yığma komandasının baş məşqçisi ELÇİN CƏFƏROV 2007-ci ildə Azərbaycanda 36 mötəbər beynəlxalq yarışın keçirildiyini, idmançılarımızın dünya, Avropa çempionatlarında, müxtəlif beynəlxalq yarışlarda uğurla çıxış etdiklərini vurğuladı:

- Cənab Prezident, idmançılarımız 452 medal qazanmış, dünyanın müxtəlif ölkələrində dövlətimizin bayrağını ucaltmış, himnini səsləndirmişlər. Bütün bu nailiyyətlərin qazanılması Sizin rəhbərliyinizlə idmanın maddi-texniki bazasının əsaslı şəkildə yenidən qurulmasının, idmançılarımıza və məşqçilərə, onların sosial-məişət problemlərinin həllinə, bütün idman ictimaiyyətinə olan diqqət və qayğınızın nəticəsidir.

Cənab Prezident, bir məşqçi və vətəndaş kimi bu gün mən fəxr edirəm ki, Sizin təşəbbüsünüzlə Bakı 2016-cı il Yay Olimpiya oyunlarının keçirilməsinə namizəd şəhər kimi qeydə alınmışdır. Bu, həm də ulu öndərimiz Heydər Əliyev tərəfindən təməli qoyulan və hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu iqtisadi siyasətin parlaq təzahürüdür.

Möhtərəm cənab Prezident, mənim üçün bu gün ikiqat bayramdır. Birincisi, yığma komandanın baş məşqçisi kimi bu idman kompleksinin tikilib idmançıların istifadəsinə verilməsi mərasimində iştirak edirəm. İkincisi də, bu hadisə mənim doğma elimdə - Ağdam rayonunda baş veribdir. Çox fəxr edirəm ki, öz şəraitinə görə bu olimpiya kompleksi bizim dünya və Avropa çempionatları zamanı çıxış etdiyimiz idman komplekslərindən heç də geri qalmır. Ümumiyyətlə, Sizin rəhbərliyinizlə ölkədəki iqtisadi sıçrayış, siyasi sabitlik və sosial siyasət idmanın inkişafı üçün də hərtərəfli şərait yaratmışdır. Biz idmançılar, ağdamlılar, qarabağlılar öz seçimimizi etmişik. İlham Əliyev bizim əbədi Prezidentimizdir. Bu fürsətdən istifadə edərək, idmançılar ordusu adından Sizə dərin minnətdarlığımı bildirirəm. Biz idmançılar həmişə Sizinləyik.

Cənab Prezident, bildiyiniz kimi, qarşıda bizi daha çətin bir sınaq - Pekində keçiriləcək XXIX Yay Olimpiya oyunları gözləyir. İdmançılar adından söz verirəm ki, ölkəmizi layiqincə təmsil etmək üçün bütün gücümüzü səfərbər edəcəyik.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.

X X X

Sonra incəsənət ustalarının iştirakı ilə konsert və idmançıların nümunəvi çıxışları oldu.

Xalq artisti Mənsum İbrahimov dövlətimizin başçısına müraciətlə dedi ki, möhtərəm cənab Prezident, mən də bu torpağın bir nümayəndəsi kimi ümidvaram, ifa etdiyim “Qarabağ şikəstəsi” Sizin iştirakınızla Ağdam şəhərində tezliklə qələbə bayramında səslənəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib

Kənd Təsərrüfatı Nazirliyi 33 süni intellekt və rəqəmsal həll hazırlayacaq

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər

BSU-nun rektoru: İnklüziv təhsil gənclərimiz üçün imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır

Yəmən hökuməti Taiz şəhərindəki mühasirənin aradan qaldırılması üçün BMT-yə çağırış edib

AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir

Azərbaycan Astanada keçirilən qadın aqrar biznesinin inkişafı üzrə beynəlxalq seminarda təmsil olunur

Şri-Lankada hər il orta hesabla 138 nəfər fillərin hücumu nəticəsində həyatını itirir

Qızıl və gümüş bahalaşıb

İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər

Regional Turizm Şuralarının iclasları təşkil olunub

Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində

Azərbaycan nefti 124 dollara satılır

Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq

Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar

Dünya birjalarında neft ucuzlaşıb

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir