Ağdam rayonunda indiyədək 2 min nəfərə yaxın sakin koronavirusa qarşı peyvənd olunub
Ağdam, 25 fevral, AZƏRTAC
“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən respublikamızın hər yerində olduğu kimi, Ağdam rayonunda da əhalinin peyvənd olunması prosesi davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon üzrə indiyədək 2 min nəfərə yaxın sakin peyvənd edilib. Hər gün orta hesabla 200 nəfər hərtərəfli həkim müayinəsindən keçdikdən sonra peyvənd olunur.